18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddirİsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib.
KONKRET.azİsveçin SVT telekanalına istinadən xəbər verir ki, "Yaşıllar" Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və "Mötədillər"dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyyə şurasına seçilmək üçün mübarizə aparır".
SVT hər iki namizədi bir araya gətirərək onların həyat, siyasət və cəmiyyətlə bağlı fikirlərini öyrənib.
Ken Kubulenso Yamaykada anadan olub. O, İkinci Dünya müharibəsi başlayanda 8 yaşında olub.
Kanal qeyd edir ki, Rihad Ələkbərov isə İsveçdə "iPhone"un satışa çıxarıldığı ildə doğulub və cəmi bir neçə gün əvvəl 18 yaşını tamamlayaraq yetkinlik yaşına çatıb.
Aralarında 77 yaş fərq olmasına baxmayaraq, hər iki namizəd cəmiyyəti daha yaxşı istiqamətdə dəyişmək istəyi ilə ortaq mövqedədir.
Söhbət zamanı Rihad Ələkbərov müasir dövrdə gənclərin malik olduğu azadlıqlardan danışarkən, keçmişdə insanların həyatının daha sadə olduğunu düşündüyünü deyib.
"Keçmişdə hər şeyin daha sadə olduğu dövrü yaşamaq istərdim. Mobil telefonlar və internet yox idi. Hamı eyni kanallara baxırdı. İnsanların o qədər də çox seçimi yox idi", – deyə o bildirib.
Namizədlərdən azad iradənin mövcud olub-olmaması da soruşulub. Ələkbərovun fikrincə, insanın qərarlarına sosial və psixoloji amillər, eləcə də ətraf mühit təsir edir. Kubulenso isə insanın yaxşı mühitdə olduğu zaman daha sərbəst düşünə bildiyini söyləyib.
Rihad Ələkbərov müsahibə zamanı partiyasının mövqeyindən fərqli düşündüyü məsələlərdən birini də açıqlayıb.
O, İsveçdə alkoqol satışına tətbiq edilən dövlət inhisarının – "Systembolaget" sisteminin qorunmasını dəstəklədiyini bildirib. Halbuki Mötədillər Partiyasının bir çox üzvü bu inhisarın ləğvinin tərəfdarıdır.
"Mən alkoqol inhisarının və alkoqol istehlakına məhdudiyyət qoyulmasının yaxşı olduğunu düşünürəm. Özüm içki içmirəm və bunun daha çox insan üçün əlçatan edilməsinin tərəfdarı deyiləm", – deyə 18 yaşlı namizəd vurğulayıb."Qafqazinfo"

Siyasi       Tarix: 07 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb. xəbər verir ki, Elçi

Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI

Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılıb

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

İtaliya və Azərbaycan arasında iqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi, eləcə də yaxın vaxtlarda Bakıda keçiriləcək ikitərəfli Biznes Forumuna hazırlıq məsələləri müzakirə olunub. xəbər verir ki, bu barədə İtaliya-Azərbayca

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzini

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin

Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradanlar türk düşmənləridir. Bunlar molla rejiminin həm İrandakı, həm də Türkiyədəki tərəfdarlarıdır. Bu, İran əməliyyatıdır. Təəssüf ki, həm Türkiyədə, həm də Azərbaycanda bu moll

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan və Azərbaycan neft sənayesi və energetika ilə yanaşı, investisiya əməkdaşlığını digər sahələrə də inkişaf etdirmək barədə razılığa gəliblər. xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşanka

Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç Krallığının xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə -a Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan nümayəndə heyətin

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbayca

Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammitinin v


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler sonxeber oxu.az xeberler bu gune olan xeberler