20 Yanvar faciəsi — Zəfərə gedən yolun başlanğıcı
Azərbaycan tarixində mühüm və həyəcanverici dövrləri əhatə edən 20 Yanvar hadisələri milli azadlıq və müstəqillik uğrunda mübarizənin simvolu hesab olunur. Ona görə ki, Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxan və onun milli şüurunun formalaşmasında mühüm rol oynayan hadisələrdir.
Bu dövr, xalqın azadlıq və müstəqillik uğrunda göstərdiyi qəhrəmanlığın bariz nümunəsidir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya daxil olaraq dinc əhaliyə qarşı qətliam törətdi. Bu hadisə Azərbaycanın müstəqillik mübarizəsində dönüş nöqtəsi oldu.
Azərbaycan xalqı Sovet İttifaqından müstəqillik və azadlıq tələbləri ilə çıxış edirdi. Fürsətçi ermənilərin torpaq iddiaları və Sovet rəhbərliyinin bu məsələdə tərəfli mövqeyi Azərbaycan xalqını daha da qəzəbləndirmişdi.
Sovet rəhbərliyi milli hərəkatı yatırmaq üçün Bakıya qoşun yeritdi. Nəticədə yüzlərlə vətəndaşlarımız həlak oldu, yaralandı və itkin düşdü. Bu faciə Azərbaycan xalqının azadlıq istəyini boğa bilmədi əksinə, millətin müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi.
20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının milli azadlıq mübarizəsi daha da sürətlənərək Sovet İttifaqının süqutu ilə bağlı ilkin proseslər və daxili ictimai-siyasi vəziyyət Azərbaycanın müstəqilliyinə zəmin yaratdı. Və 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi.
1990-cı illərin əvvəllərində Sovet rəhbərliyinin bu məsələdə Ermənistana tərəf nümayiş etdirməsi müharibədə Azərbaycanın ərazi bütövlüyü üçün ciddi təhdid idi. 1994-cü ildə atəşkəs razılaşması əldə olunsa da, münaqişə 30 ilə yaxın həll olunmamış qaldı.
27 sentyabr 2020-ci ildə başlayan 44 Günlük Vətən Müharibəsi (İkinci Qarabağ müharibəsi) Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatla Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bununla da 44 günlük şanlı zəfər tariximiz xalqın illərlə davam edən mübarizəsinin və milli birliyinin nəticəsi idi.
Azərbaycan bu gün də müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün mübarizəni davam etdirir. 20 Yanvar faciəsi və zəfərə gedən yol Azərbaycan xalqının yaddaşında əbədi olaraq milli kimliyinin və müstəqillik arzusunun simvolu kimi yaşayacaq.
Bəhruz Məmmədzadə
Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var