2023-də NÜVƏ MÜHARİBƏSİ, yoxsa COVID-19? - PROQNOZA DİAQNOZ

2023-də NÜVƏ MÜHARİBƏSİ, yoxsa COVID-19? - PROQNOZA DİAQNOZYeni il yaxınlaşdıqca nüvə müharibəsilə bağlı siyasi öngörmələr astroloq proqnozları ilə əvəzlənir. Moskva Astrologiya Akademiyasının rektoru Mixail Levin də öz proqnozunu bölüşüb:
"Gələn il 2022-dən daha rahat olacaq. Böhran 2025-ə kimi davam edəcək, amma 2023-cü ildə stabil fazaya keçəcək. Nüvə müharibəsi olmayacaq. Heç Rusiya ilə Qərb arasında birbaşa toqquşmalar da yaşanmayacaq. Gərgin, lakin daha firəvan il olacaq".
KONKRET.az xəbər verir ki, Mixail Levin 2023-cü ildə ABŞ-da siyasi krizisin baş verəcəyini bildirib. Və bu, 2041-ə kimi davam edəcək. 2041-dən sonra isə Amerika təcridolma siyasətini tutacaq, daha doğrusu, daxili problemlərini həll edəcək. ABŞ əsrin sonunacan siyasi arenaya qayıtmayacaq, amma dolların məzənnəsi qorunacaq:
"2023-də Rusiya ilə Ukrayna barışmayacaq. Gələn il Kiyev üçün çox ağır olacaq. Rusiyanın bərpası gələn il başlasa da, 2024-də sürətlənəcək".
Yəqin ki, ukraynalı astroloqlar əks fikirdədirlər. Ona görə də, neytral analitiklərin düşüncələrinə qayıdaq. Noyabrın ortalarında analitiklər 2023-cü ili Rusiya ilə Qərb arasında nüvə müharibəsi ili adlandırıb. Bu savaşın Ukraynada gedəcəyi ehtimalı irəli sürülüb. Əlbəttə ki, bunların hamısı proqnoz versiyalarıdır. Biz isə maraqlı 2 faktı qeyd etmək istərdik:
1. 2002-ci ildə dünyaca məşhur astrofizik Martin Con Ris belə bir mərclə çıxış edib ki, 2020-ci ilin dekabr ayınadək laboratoriyadan 1 milyondan çox insanı öldürəcək virus buraxılacaq. 15 il sonra (2017) Harvarddan olan publisist Stiven Pinker 400 dollarlıq mərci qəbul edib və koronavirusdan sonra uduzub;
2. 2021-ci ilin sentyabrında britaniyalı tarixçi Nil Ferqyuson başqa bir mərc təklif edib ki, 2029-cu ilə qədər 1 milyondan çox insanın ölümünə səbəb olacaq nüvə müharibəsi baş verəcək. Ötən il "Bloomberg"ə müsahibə zamanı o, Kiyev səfərindən sonra bu fikrə düşdüyünü etiraf edib.
Bu iki faktda diqqətçəkən nüanslar ölü sayıdır. Daha əvvəl də xəbər verdiyimiz kimi, müəyyən güclər dünyada insan artımını istəmir və bunun qarşısını almaq üçün kütləvi qırğın silahlarından istifadə edirlər. İki il ərzində demoqrafik həmlənin virus-vaksin mərhələsi idi, ekoloji terror, meşə yanğınları da törədildi. Ardınca tibbi prosedursuz insan qırğını əldə etmək üçün müharibə etapına qədəm qoyuldu. Rusiya-Ukrayna savaşındakı yüz min insan tələfatı milyon ölüm istəyənləri qane etmir. Ona görə də nüvə savaşı aktuallığını qoruyur. Sadalanan qara niyyətlər əldə olunsa, dünyada süni qida və rəqəmsal cəmiyyətlər vasitəsilə insanların sayı minimuma endiriləcək.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 22 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbər valyuta mezennesi iqtisadiyyat xeberleri bugun son.xabar