"2024-cü ilin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər
"Sülh danışıqları ilə bağlı ortada konkret bir mövqe var. Amma bu mövqelərə rəğmən Ermənistan çeşidli təxribatlarından əl çəkmir".
Bu sözləri azxeber.com-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Ermənistanın Azərbaycanla sülh prosesindən yayınmasından danışarkən deyib.
Politoloq bildirib ki, Ermənistanın siyasi rəhbərliyi sülhün vacibliyindən danışsa da, ortada real addım və nəticə yoxdur: "Bölgədə barış üçün münbit şərait yetişib. Lakin Ermənistan rəhbərliyi hər vəchlə bu prosesin uzanmasına çalışır və təxribatçı fəaliyyətlərinə ara vermirlər. Onlar əməldə bir söz deyirlər, reallıqda başqa addım atırlar. Noyabrın sonunda vasitəçilərin iştirakı olmadan delimitasiya komissiyalarının görüşünün keçirilməsi, həmçinin üçüncü tərəf olmadan Azərbaycan və Ermənistanın birgə bəyannamə imzalaması iki ölkə arasındakı münasibətlərin gələcəyi və sülh quruculuğu prosesi baxımından nikbin oqatlar yaratsa da, Ermənistan bununla yanaşı həqiqəti təhrif edən mövqe ortaya qoyur".
"Yəni, bir tərəfdən Ermənistan hakim partiyası guya sülhlə bağlı səmimi mövqedə olduğunu söyləyir, digər tərəfdən isə Ermənistanın ayrı-ayrı yetkililərinin bəyanatları, Azərbaycan-Ermənistan şərti sərhədinin gələcək taleyi ilə bağlı dırnaqarası təhlilləri onu söyləməyə əsas verir ki, bölgənin gələcək müqəddəratı baxımından Erməninstanda yekdil mövqe yoxdur. Bunun da ən böyük səbəbi xarici faktorlardır. Ermənistanı bu prosesdə qızışdıran və gərginlik yaratmaqda maraqlı olan xarici qüvvələr süni şəkildəsülhyaratma prosesini tormozlamağa çalışırlar. Ermənistanda dövlət idarəçiliyi müstəqil deyil. Məhz elə buna görə də, Ermənistan müstəqil qərarlar qəbul etmək iqtidarına deyil. Təbii ki, Paşinyanın yeni müharibəyə hazırlaşması inandırıcı deyil. İstənilən halda burada Qərbin dəstəyi, habelə Fransa imperialist şəbəkələrinin təhriki vacib rol oynayır. Onlar Ermənistanın sülh prosesində irəliləyiş əldə etməsinə mane olur və prosesin süni yollarla uzadılmasının qarşısını almağa çalışırlar" – İsmayılov söyləyir.
Əlavə edir ki, Azərbaycanla Ermənistan arasında 2024-cü ilin əvvəllərində sülh sazişi imzalana bilər: "Düşünürəm ki, Ermənistan və onun havadarlarının bütün anti-sülh mövqelərinə baxmayaraq, regionda şərtləri diqtə edən tərəf qalib Azərbaycandır. Ölkəmiz ilin sonuna doğru, ən gec halda isə 2024-cü ilin əvvəli Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Bu baxımdan, ortada müyyən gərginliklər olsa da, vəziyyətin nikbin olduğunu söyləyə bilərik. Ən azından ilin sonu olmasa da, gələn ayın ilk aylarında müxtəlif irəliləyişlərin əldə ediləcəyini düşünürük. Söhbət hər hansı genişçaplı sülh müqaviləsindən getmir. İstənilən halda iki ölkənin münasibətlərini nizama salan bir sülh sənədinin imzalanma ehtimalları böyükdür" -deyə, müsahibimiz fikrini yekunlaşdırır.
Mikayıl Mirzəzadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var