2025-ci ildə bu maşınlar KƏSKİN UCUZLAŞACAQ

2025-ci ildə bu maşınlar KƏSKİN UCUZLAŞACAQHazırda ölkənin avtomobil bazarında durğunluq müşahidə olunur. Satışa çıxarılan maşınlar çox olsa da, alıcı kütləsi olduqca azdır. Nəzərə çarpan tendensiya arxada qoyduğumuz ilin son rübündən bəri davam edir.
azxeber.com xəbər verir ki, Yenisabah.az 2025-ci ildə Azərbaycanın avtonəqliyyat bazarındakı vəziyyəti araşdırıb.
Elan saytlarında və bazarlarda təklf olunan qiymətləri nəzərə aldıqda, maşınların ötən ilin eyni dövrünə nisbətən xeyli bahalaşdığını görmək olar. Xüsusən, buraxılış ili xeyli köhnə olan və alıcıların ənənəvi müraciət etdiyi "Lada", "Mersedes" və "Opel" kimi markaların modellərində kəskin qiymət artımı özünü göstərir. Bu isə sözügedən avtomobillərin satışlarına ciddi təsir göstərir.
Realtorların bir çoxu bu ilin ikinci rübünə doğru əksər markaların avtomobillərində kəskin ucuzlaşmanın olacağını deyir. Bazara çox sayıda elektromobil, hibrid maşınların daxil olması və ənənəvi benzin-dizel avtomobillərin qiymətlərindəki bahalaşma alıcı kütləsinə xeyli təsir göstərir.
Artıq müştərilərin bir çoxu irihəcmli dizel və benzin mühərrikli maşınlar almaq yerinə, daha sərfəli və müasir tələblərə cavab verən elektromobillərə daha çox üstünlük verir. Təbii ki, yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan utiliziya və ölkəyə daxil olan nəqliyyat vasitələrinin buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyətlərin də avtomobil bazarına təsir göstərəcəyi istisna deyil.
Şəhərlərdən fərqli olaraq, regionlarda yaşayan alıcılar daha çox Rusiyanın ənənəvi "Lada" markasının maşınlarını almağa üstünlük verirlər. Bu tendensiya artıq uzun illərdir ki, davam edir. Ehtiyat hissələrinin ucuz və əlçatan olması, eyni zamanda bir çox xarici markalara nisbətən daha qeyri-asfalt şəraitinə dözümlü olması "rus maşınları"nın alıcılıq potensialını yüksək edir.
Bu baxımdan 2025-ci il ərzində də "Lada" modellərinin alıcı potensialı stabilliyini saxlayacaq. Lakin buraxılış ili köhnə olan bir çox xarici modellərdə qiymətlərin kəskin ucuzlaşacağını proqnozlaşdırmaq olar.

İqtisadiyyat       Tarix: 09 yanvar 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

Qızıl 2027-ci ildə də bahalaşacaq? – PROQNOZLAR

2027-ci ildə dünya bazarında qızılın qiymətinin yüksək səviyyədə qalacağı, lakin il ərzində müəyyən eniş və yüksəlişlərin yaşana biləcəyi gözlənilir. Beynəlxalq maliyyə qurumlarının proqnozları qiymətlərin gələcək istiqamət

Qızıl kəskin ucuzlaşdı

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulmuş qızıl füçersinin dəyəri 2025-ci il sentyabrın 2-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 3 550 dollardan aşağı həddə geriləyib. -a istinadə

FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər

Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər. -un məlumatına görə, bu barəd

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin ilk tətbiq olunacağı sahələr məlum olub. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zau

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler bu gunun xeberleri en son xəbərlər bugün