21 aprel mitinqi müxalifətin xarici ölkələrdə olan himayədarlarına çağırışdır' - Deputat sərt danışdı

21 aprel mitinqi müxalifətin xarici ölkələrdə olan himayədarlarına çağırışdır' - Deputat sərt danışdı"21 aprel mitinqi əslində fəaliyyətsiz və ölü vəziyyətə düşmüş, guya hakimiyyətə qarşı müxalifət qrupunun özünü canlandırması üçün ortaya atdığı blefdir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 
Millət vəkili həmçinin qeyd edib ki, 21 aprel mitinqinin məqsədi müxalifətin fəaliyyətsizliyini pərdələməkdir: "21 aprel mitinqində məqsəd bu blefin də fəaliyyətsizliyini pərdələmək və buna bəraət qazandirmaqdır. Bunula da biz mitinqə cəhd etdik adamlar gəlmədi yaxud hakimiyyət icazə vermədi deyərək müxalifətin ömrünü bir az da uzatmaqdır. Ancaq məni təəccübləndirən başqa şeydir. İllər keçir və bu adamlara zərrə qədər dövrün, zamanın dəyişməsi bir yenilik gətirmir. İndiki dönəmdə Qarabağın işğaldan azad olunması, Azrbaycan dövlətinin işğal altında olan kəndlərinin qaytarılması istiqamətində atdığı addımlar və Zəngəzurun açılması üçün çalışması daha qlobal hadisədir. Bu dönəmdə arzuolunandır ki, yeni müxalifət anlayışı da olsun. Ancaq daha yaradıcı, daha qlobal ölkənin qarşısında duran məsələlərə münasibətdə dəyişik bir yanaşma ortaya qoymağı bacarmayanlar yenə də qayıdırlar mitinq taktikasına".
Fazil Mustafa müxalifətin 21 aprel mitiqini onların xarici ölkələrdə olan himayədarlarına edilən çağırış adlandırıb:
"Adamdan soruşarlar sənin elə ağlın-zəkan varsa, əlində sosial şəbəkə olduğu halda mitinqə 5-10 min nəfər yığmağa niyə bu qədər əziyyət çəkirsən? Bunun əvəzinə sosial şəbəkədən ağıllı istafadə et də. Bir ağıllı çıxış, yazı və ya mövqe ilə cəmiyyətdən dəstək al. Niyə bu dəstəyi ala bilmirsən? Çünki ortada zəka və problemlərə baxış məsələsi var. Ona görə də deyə bilərəm ki, 21 aprel mitinqi əslində müxalifətin xarici ölkələrdə olan himayədarlarına edilən çağırışdır. Onlara bizimlə işləmək məqsədəuyğundur mesajını verməkdir. Çünki hakimiyyətə qarşı ən çox fəliyyət göstərənlər xaricdə olan erməni lobbisi, müəyyən dərəcədə azərbaycanın uğurlarını qəbul etməyən qüvvələrdir. Onlar bu hərəkətləri ilə Ermənistana açıq şəkildə dəstək verib, Zəngəzuru özləri üçün bir təhlükə görürlər".
Fazil Mustafa deyib ki, 21 aprel mitinqi xaricdən gələn bir sifarişdir:
"Bu mənada ki, biz mitinqə çıxırıq siz də qüvvələrinizi qoşun. Bəlkə hakimiyyətə ziyan vura bilək. Hesab edirəm ki, Azərbaycan xalqı Qarabağın işğalından sonra daha güclü bir xalqdır. Onlar da təhlükəli, avantürist çağırışların ölkənin gələcəyi üçün böyük problem yaradacağını anlayırlar. Ona görə mitinqi dəstəkləmirlər. Bu gün müəyyən narazılıq simptomları daşıyan insanlar belə sabitliyin pozulmasının nə olduğunu Ermənistan nümunəsində görürlər. Əgər bizə Qərbə göstərmək üçün Ermənistanda olan demokratiya lazımdırsa, bu bir məğlubiyyət demokratiyasıdır. Biz məğlubiyyət demokratiyası əvəzinə güclü və inkişaf etmiş bir dövlətin demokratiyasını, onun demokratik dəyərlərini inkişaf etdirmək barədə düşünsək daha faydalı olmazmı? On görə də bu tip məsələlərdə yanaşma tərzi arxaik yanaşma tərzidir. Yenə də mitinq anlayışı ilə davranmaq və başqa yol tapmamaq deməkdir. 30 ildir bu adamlar hələ də yeni dünyanın, yeni texnalogiyanın nə olduğunu anlamadılar, onun imkanlarından istifadə etməyi də bacarmadılar. Yenə də küçəyə çıxıb, qarışıqlıq yaradıb nəyisə əldə etmək barədə düşünürlər. Düşünmürəm ki, bu aşkar formada Azərbaycan əhalisinə olan cağırışdır. Bu birbaşa xaricdə olan Azərbaycan dövlətinin, hakimiyyətinin son illərdə Qarabağı azad etməsi, Zəngəzurun açılması istiqamətində ciddi işlər görməsi fəalyyətinə zərbə vurmaq üçün müəyyən dərəcədə dəstəklənməsinə hesablanıb. Daxili gücün bunu edəcəyinə inamım yoxdur. Belə əhval-ruhiyyə də cəmiyyətdə yoxdur. Çalışmalıyıq ki, ölkəmizdə bu məsələlər sağlam düşünən insanların sağlam qüvvələrin dialoqu vasitısilə gerçəkləşsin".
Günel Hüseynli

Siyasi       Tarix: 17 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlə

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun oxu.az xeberler cəbhədən video xabar az