23 ildir həbsdə olan məşhur qardaşlar azadlıq istədi - Hakim yox dedi
23 il əvvəl ağır cinayətlərdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Emin və İlham Baqqayev qardaşları azadlığa çıxmaq istəyirlər.
"Qafqazinfo"nun məlumatına görə, Baqqayev qardaşları ərizələrində çəkdikləri cəzanın yetərli hesab edilməsini, ömürlük həbsin müddətli cəza ilə əvəz edilərək azadlığa buraxılmalarını xahiş ediblər.
Qaradağ Rayon Məhkəməsi onların xahişini qəbul etməyib. Hakim qardaşların həbslərinin davamına qərar verib.
Qeyd edək ki, Baqqayev qardaşlarının iştirak etdiyi hadisə 2001-ci ildə Zaqatala rayonunda baş verib. Onlar digərləri ilə əlbir olaraq polisə və hərbi hissəyə hücum edib, Şeyx Şamillin büstünü partladıblar.
3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət və şəxsi mülkiyyətin məhv edilməsinə görə cinayətkar dəstənin rəhbərlərindən olan Emin və İlham Baqqayev qardaşları və Emin Mollayev ömürlük, digərləri 15 ilə kimi azadlıqdan məhrum ediliblər.
Bundan başqa, hadisədə iştirak etdikləri üçün 16 nəfər axtarışa verilib. / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var