27 yaşlı gəlin qayınanasını döydü - TƏFƏRRÜAT

27 yaşlı gəlin qayınanasını döydü - TƏFƏRRÜATQuba rayonunda 27 yaşlı gəlin qayınanasına xəsarət yetirib.
KONKRET.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 1-də rayonun kəndlərindən birində baş verib.
1999-cu il təvəllüdlü Təhminə həmin gün saat 12 radələrində yaşadıqları evin qonaq otağında qayınanası Fatimə (adlar şərti verilib – red.) ilə mübahisə edib.
Aralarında yaranmış məişət mübahisəsi zamanı qayınanasının sifət nahiyəsindən şillə ilə vurub, saçından tutaraq başını divara vurub.
Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2015-ci ildə Bəhmənlə evlənib: "Evliliyimizdən beş övladımız var. Evləndikdən sonra Quba rayonunun kəndində qayınanam Fatimə ilə birlikdə yaşamışıq. Fatimə ilə aramızda mütəmadi olaraq mübahisələr yaranıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin noyabrın 1-də, saat 12 radələrində qayınanası Fatimə ona Bəhmənin işdən gələcəyini və onun üçün çay hazırlamağını deyib: "Mən də su qaynatmaq üçün çaydanı odun sobasının üzərinə qoydum. Bu vaxt Bəhmən evə gəldi. Bəhmən məndən nə səbəblə çay hazırlamadığımı soruşdu. Mən də qaynamaq üçün çaydanda su qoyduğumu dedim. Bu zaman Fatimə mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı əsəbiləşərək Fatimənin sifət nahiyəsindən şillə ilə vurdum və saçından tutaraq başını divara vurdum. Bu vaxt Bəhmən bizi sakitləşdirdi. Mən də digər otağa keçdim".
Quba Rayon Məhkəməsinin hökmü ilə Təhminə aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hadisə       Tarix: 23 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes