3 boksçumuz növbəti mərhələyə adladı
Azərbaycanın 3 boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində növbəti mərhələyə adlayıb.
Azərbaycan Boks Federasiyasından KONKRET.az-a verilən məlumata görə, Nihat Qasımov (48 kq) 1/16 finalda Vaxtanq Jamkoçyana (Rusiya) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə qalib gəlib.
Qasımov ikinci görüşündə ilk mərhələdən azad olan Corc Frensislə (İngiltərə) üz-üzə gələcək.
Rza Rzayev də Avropa birinciliyinə qələbə ilə başlayıb. 70 kq-da mübarizə aparan milli üzvü 1/8 finalda Petros Topalosu (Yunanıstan) məğlub edib – 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28). O, növbəti döyüşdə italiyalı Tiberio Nokadellonu sınağa çəkəcək.
Səftər Məmmədzadə (+80 kq) isə 1/8 finalda Erik Lalmiyevlə (İsrail) gücünü sınayıb. Rəqibini 5:0 (29:26, 29:25, 29:26, 29:26, 29:26) hesabı ilə məğlub edən boksçumuz növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Boqdan Bajzertlə (Polşa) döyüşəcək.
Qeyd edək ki, Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ