4 yaşlı Raulun yaşaması üçün 80 min dollar lazımdır
4 yaşlı Aslanlı Raul leykozdan (qan xərçəngi) əziyyət çəkir.
Bu barədə onun anası Əsli Aslanova məlumat verib.
O bildirib ki, azyaşlının xəstəliyi bu ilin oktyabr ayında bəlli olub:
"Raul qan xərçəngi xəstələyindən əziyyət çəkir. 1 aya "Liv Bona Dea Hospital"da müalicəsinə 40 min manat pul xərclənib. Hələ ki yolumuz uzundur. Bizə bu yolda həm maddi, həm mənəvi dəstək lazımdır. Uşağımın xəstəliyilə ilə bağlı hazırda "Gaziosmanpaşa Hastanesi"dəyik. Həmin xəstəxanada ağır kimyaterapiya alır. Ümumi olaraq 140.000 $ vəsait tələb olunur. Sizlərin, yaxınlarının və xeyirxah insanların sayəsində 60.000 $ artıq yığılıb və kimyaterapiya üçün verilib. 1 ay sonra isə təcili ilik nəqli olmalıdır. Bunun üçün isə 80.000 $ vəsait lazımdır.
Xahiş edirəm bir daha birlik olaq Raulun əməliyyat məbləğini tamamlayaq. Oğlumun sizin dəstəyinizə ehtiyacı var. O, hələ çox kiçikdir və bu yaşında amansız xəstəliklə mübarizə aparır. İmkanlı şəxsləri bizim mübarizəmizə qoşulmağa çağırıram. O da bütün uşaqlar kimi gəzmək, oynamaq istəyir. Günlərimiz isə xəstəxanada keçir. Heç bir valideynə bu hissləri yaşamağı arzu etmirəm. Onu ölməyə qoymayın". / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı