500 manat müavinət bütün ailələrə verilə bilər - AÇIQLAMA
Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də dəfnə görə ödənişin həyata keçirilməsidir.
Mövcud qanunvericilikdə dəfnə görə müavinətin işsizlikdən sığorta alana, sığorta olana və əmək pensiyaçıları dünyasını dəyişən zaman ödənilməsi nəzərdə tutulub.
Sığorta olunan və sığorta alanlar üçün onların ailələrinə ödənilən vəsait 500 AZN, əmək pensiyaçısı dünyasını dəyişirsə, onun ailəsinə ödənilən məbləğ minimum əmək pensiyasının 3 misli (840 AZN) həcmində olur.
Mövcud qaydalar göstərir ki, dəfn müavinətindən heç də bütün ailələr istifadə edə bilmir. Bunun səbəbi isə qanunvericilikdə müavinətin verilməsi ilə bağlı şərtlərdir. Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, dəfnə görə müavinət bütün ailələr üçün əlçatan olmalıdır:
"Vəfat edən şəxsin sığorta olunan və ya əmək pensiyaçısı olması nəzərə alınmadan onun ailəsinə dəfn pulu ödənilməlidir. Bir çox hallarda ailələrin maddi durumu zəif olur və buna görə dəfnlə bağlı xərcləri ödəməkdə çətinlik çəkir. Bu müavinət həmin ailələrə də ödənilərsə, dəfnə görə xərclərin bir hissəsi qarlışanmış olar.
Bu müavinətin miqyasının genişləndirilməsini, vəfat edən şəxsin sığorta olunan və ya əmək pensiyaçısı olması nəzərə alınmadan onların ailəsinə müavinətin verilməsini təklif edirik". / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var