7 boksçumuz beynəlxalq turnirdə finala yüksəldi
Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.
Boks Federasiyasından KONKRET.az-a verilən məlumata görə, Azərbaycan milli komandasının daha 2 üzvü finalda iştirak hüququ qazanıb.1/4 final mərhələsində ermənistanlı Armen Quşçiyanın rinqə çıxmaması səbəbindən qalib elan olunan Məsud Yusifzadə (51 kq) yarımfinalda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
57 kq-da döyüşən Ümid Rüstəmov Tirzoman Eysebyunun (Rumıniya) ardınca Şon Persellə (İrlandiya) də gücünü göstərib. Rəqibini məğlub edən boksçumuz adını finala yazdırıb.
Ruslan Qədirov (54 kq) yarımfinalda Yakub Krjpeytlə (Polşa) münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından Avropa çempionatının finalçısı bürünc medalla kifayətlənib.
Digər boksçumuz Sərxan Əliyev də turniri 3-cü pillədə bitirib. 71 kq-da gücünü yoxlayan idmançı yarımfinalda polşalı Damyan Durkajla döyüşüb və rəqib qələbə qazanıb.
Nəticədə Azərbaycan yığmasının heyətində finalda mübarizə aparacaq boksçularının sayı 7-yə, bürünc medal qazananlar isə 4-ə çatıb.
Bu gün baş tutacaq final mərhələsində Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) sınağa çəkəcək.
Qeyd edək ki, komandamızın heyətində Qədirov və Əliyevdən öncə Eldar Quliyevlə (86 kq) Rauf Rəhimov (92 kq) da bürünc medal qazanıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Bu günün valyuta məzənnələri açıqlandı