"7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi" keçirilir - FOTOLAR

300-dən çox şirkət, mindən artıq çeşiddə məhsul və xidmətlər "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə nümayiş olunur. 
Bugündən etibarən Bakı Ekspo Mərkəzində "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi" öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə keçirilən sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin "Made in Azerbaijan" brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər. 
Sərgi iyunun 20-dək davam edəcək. "Yerli şirkətlərin tanıtım sərgisi" artıq 7 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Əvvəlki illərdəki sərgilərdən fərqli olaraq builki sərgidə daha çox şirkət iştirak edir. 
Sərgi çərçivəsində iştirakçılar üçün xüsusi ayrılmış "B2B zona"da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlər keçirilir. "B2G zona" da isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradılıb.
Builki sərgidə də KOBİA mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Bu məqsədlə qurulmuş xüsusi stenddə 10-a yaxın KOB subyektinin tekstil, bambuk divar panelləri, qapı istehsalı, ətir, kələğayı, qənnadı məmulatları, mühasibatlıq, kadr və maliyyə, laboratoriya xidmətləri nümayiş olunur. 
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də "Firavan Park", "Vidal Özəl Sənaye Məhəlləsi", "MG Transport", "Tonuby Group", "N-Advert", "Moon Group", "BHB Strategic and Creative CO" və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi sərginin tərəfdaşlarıdır. Sərgi ilə bağlı ətraflı məlumatı marsolexpo.az saytından və *0555 nömrəsinə zəng etməklə öyrənmək olar.
Sərgi iştirakçıları və ziyarətçiləri üçün 17-20 iyun tarixlərində, saat 10:00-17:00 aralığında hər iki istiqamət üzrə ödənişsiz avtobuslar ("Koroğlu" metro stansiyasından (Heydər Əliyev prospekti, "Alov" parkı çıxışı) xidmət göstərir. 

/ azxeber.com

İqtisadiyyat       Tarix: 20 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun