7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?
Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən "Xan Yurdu" etnoqəsəbəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən V Milli Yaylaq Festivalını təşkil edən şirkətin adı açıqlanıb.
KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, festval Gənclər və İdman Nazirliyinin sifarişi ilə keçirilən keirilib.
İcraçı şirkət "Vata" MMC-yə təşkilatçılığa görə 215.255 manat ödənib. 1.198 manat vergi borcu olan MMC-nin rəhbəri Faiq Məmmədovdur.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, xəsarət alanlar olub.
TƏBİB-in yaydığı məlumata görə, 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncədə, Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncədə davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir. İki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA