8 noyabr Şuşa şəhəri günüdür

8 noyabr Şuşa şəhəri günüdürAzərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demək olar ki, piyada uzun yolları keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. 
Şanlı qələbə tariximizə çevrilən 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilərək Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
44 gün ərzində ordumuz bir an belə dayanmadan, durmadan, ruh yüksəkliyi ilə, qələbəyə inamla irəliləyirdi. Bu haqq savaşında özləri, orduları haqqında mif yaradan ermənilərə Azərbaycan əsgəri-Azərbaycanın igid övladları kişilik dərsi verdi. Yaratdıqları mifi darmadağın edərək onların kim olduqlarını özlərinə sübut etdi. Ermənistan ordusunun 11 min nəfər əsgəri fərarilik edərək silahı qoyub geri qaçdı. Ermənilər və bütün dünya bir nəfər belə fərarisi olmayan Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü.
Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibənin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallaşdı.
Tanklarla, zirehli texnikalarla silahlanan və əlverişli mövqelərdə yerləşən Ermənistan ordusunun əsgər və zabitləri Azərbaycanın igid oğulları qarşısında duruş gətirə bilməyərək dayandıqları mövqeləri tərk edib canlarını qurtarmağa çalışdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Şuşa həqiqətən alınmaz qala  sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə  onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki,  Şuşasız bizim qələbəmiz mümkün olmayacaq."
Bəli, Şuşa azad edildi. Biz qələbə çaldıq. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı və öz adını Azərbaycanın tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu.
Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik göstərməsi, qələbənin təmin  edilməsində mühüm rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad olunması və 8 noyabr tarixinin əhəmiyyəti haqqında deyirdi: "Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizin şanlı Qələbəmizin, Zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıq masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut etdik". O gün Azərbaycan xalqının ən sevincli günü idi. O günü 30 ilə yaxın idi ki, ümidlə, inamla gözləyirdik.
2023-cü ilin sentyabr ayının 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən 3 il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı. Dövlət suverenliyimiz tam bərpa olundu.
Azadlığına qovuşmuş qədim Şuşa şəhəri artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid, vətənpərvər Azərbaycan oğullarının Şuşaya doğru dağların, meşələrin qoynu  ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır.
Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu "Zəfər Yolu" adlandırıb. Şuşanın işğaldan azad edilməsindən  dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa-Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Hal-hazırda Şuşanın tarixi siması saxlanılmaqla burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda qəhrəmanlıq rəmzidir və sülhün rəmzidir. Şünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz tam haqlı olaraq Şuşanı sülhün rəmzi kimi qiymətləndirə bilərik".
Xatirə İsmayılova
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri,
Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası / azxeber.com

Sosial       Tarix: 08 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Keçmiş TQDK, indiki DİM: Rəhbərlik kreslosunda kimlər əyləşib?

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Bu təyinat onun uzun illər rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin (DİM) və qurumun əvvəlki rəhbərlərinin də gündəm

Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ixracatçıların nəqliyyat xərclərinin 73 faizə qədər hissəsinin dövlət tərəfindən kompensasiy

Minimum maaşla bağlı müjdə: 100 manat artım

Azərbaycanda minimum əmək haqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. KONKRET. -a istinadla xəbər verir ki, minimum əmək haqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki

Aprelin 1-dən maaş kartlarında YENİLİK – Banklar komissiya tələb edəcək?

Gələn il aprelin 1-dən etibarən Azərbaycanda vətəndaşlar əməkhaqlarını istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. Yeni qaydaya əsasən, maaş hesabının bir bankdan digərinə köçürülməsi üçün əlavə ödəniş tələ

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Göygöldə evdən meyit tapıldı

Göygöldə evdən meyit tapılıb. 1958-ci il təvəllüdlü G.Həmzəyevin qeydiyyatda olduğu evdən meyiti tapılıb. O, evdə tək yaşayırmış. Ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. /

Azərbaycan nefti kəskin bahalaşdı

Dünya enerji bazarlarında 2026-cı il 16 noyabr tarixində cari ticarət göstəricilərinə əsasən neft qiymətlərində müxtəlif dinamika müşahidə olunub. . xəbər verir ki, ABŞ-ın xam nefti olan "WTI Crude" markalı nefti

Azərbaycanda daha bir həkim vəfat etdi

Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat edib. Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib. Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anada

İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat

Sumqayıt Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifəsindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb. O, direktorun başqa bi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe maşın realiti şou xəbər.az cəbhədən son durum