AAAF prezidenti: "Əsas məsələ dopinqlə mübarizədir"
"Ağırlıqqaldırmanın üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir".
KONKRET.az-ın məlumatına görə, bunu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yeni prezidenti İnam Kərimov deyib.
O bildirib ki, belə halların üzə çıxması səbəbindən yığma komanda beynəlxalq yarışların bəzilərindən kənarda qalıb: "Adından göründüyü kimi, bu, ağır atletikadır. Bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir. Azərbaycanın yığma komandasının qarşıdakı beynəlxalq yarışlarda və olimpiadada uğurla çıxış etməsini istəyirik".
Federasiya rəhbəri bütün dünyanın dopinqə qarşı mübarizə aparmasının vacibliyini vurğulayıb: "İdmançılarla birlikdə iş aparmalı və onları maarifləndirməliyik. Əsas birinci məqsədimiz bu problemləri, çətinlikləri dinləmək və ondan sonra qısa, orta və uzun müddətli hədəflər müəyyən etməkdir. Əsas məsələ bu idman sahəsinə rəğbəti daha da artırmaqdır".
Kərimov yeni nəsil idmançıların yetişməsini ən böyük priotetlərdən biri adlandırıb: "Üzərimizə düşən ən böyük vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu