Abramyan: "Azərbaycanlılar sülhməramlıların maşın karvanını saxladı, bu birdəfəlik şapalaqdır"
Azərbaycanlılar bu gün Rusiyaya xatırladıblar ki, Laçın dəhlizi qismən deyil, tamamilə bağlanıb, bunu Türkiyə səfirinin həmin ərazidə görünməsi də sübut edir.
KONKRET.az xəbər verir ki, bu barədə "Şərəfim var" parlament fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb:
"Bu gün hətta Rusiya sülhməramlılarını təchiz edən maşın karvanını da saxladılar. Bu, birdəfəlik şapalaq olsa belə, nüfuzdan düşmə bir-birə baş vermir. Türkiyə Azərbaycan vasitəsi ilə əvvəlcə Rusiyanın səriştəsizliyini nümayiş etdirərək gözdən salır, sonra isə regionda mövcudluğunu gücləndirir. Rusiyanın bunun üçün nə təklif edəcəyini söyləmək hələ çətindir, lakin artıq hamıya aydındır ki, Rusiyanın Türkiyəyə yerini göstərmək üçün sərt müdaxiləsinin vaxtı çoxdan çatıb", – deyə Abramyan yazıb.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Laçın yolundan Azərbaycanın sərvətlərinin talanıb daşınması, eyni zamanda bu humanitar dəhlizdən silah-sursat aparılması üçün istifadə edilməsinə də etiraz edirlər.
Günel Mikayılova,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO