ABŞ-da yeni nəhəng şist nefti hasilatçısı yaradılır

ABŞ-da yeni nəhəng şist nefti hasilatçısı yaradılırABŞ-ın "Devon Energy" və "WPX Energy Inc." neft-qaz şirkətləri birləşmələri barədə razılıq əldə edib ki, nəticədə ABŞ-da ümumi kapitalı təxminən 12 mlrd. dollar dəyərində qiymətləndirilən ən böyük şist nefti hasilatçısından biri formalaşacaq.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Devon Energy"nin yaydığı məlumatda bildirilir.
Razılaşmanın şərtlərinə görə, WPX-in səhmdarları sahib olduqları hər bir adi səhmə görə "Devon"un 0,5165 adi səhmini əldə edəcək.
Əməliyyat başa çatdıqdan sonra "Devon" səhmdarları birləşmiş şirkətin təqribən 57%-nə, WPX payçıları isə təxminən 43%-nə sahib olacaq. Əməliyyatın tamamlanması 2021-ci ilin I rübündə gözlənilir.
"Razılaşma nəticəsində ABŞ-da gündəlik 277 min barel şist nefti hasil edə biləcək ən böyük istehsalçılardan biri yaradılacaq", - məlumatda deyilir.
ABŞ-da "Devon Energy" və "WPX Energy"nin səhmlərinin dəyəri ilkin satışlarda müvafiq olaraq 12% və 15% artıb.
Qeyd edək ki, ölkənin neft sənayesindəki işlərin həqiqi vəziyyətini aydınlaşdırmaq məqsədilə Dallas Federal Ehtiyat Bankı (FRB) müstəqil neft şirkətlərinin 100-dən çox yüksəkvəzifəli rəhbərləri arasında anonim sorğu keçirib.
Sorğuda iştirakçılarının təxminən 43%-i ABŞ-ın etalon neftinin (WTI-ın) qiymətinin artaraq 51-55 dollar arasında qalacağı təqdirdə istismarda olan qazma qurğularının sayının əhəmiyyətli dərəcədə artacağını hesab edir.
"Baker Hughes"in son məlumatlarına görə, keçən həftə ABŞ-da 183 qazma qurğusu fəaliyyət göstərib ki, bu da illik ifadədə 599 vahid azdır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər son xəbər bu gunun xeberleri haqqinda melumat iqtisadiyyat xeberleri bugun