ABŞ etiraf etdi - Ermənistanın geriyə dönüşü yoxdur 

ABŞ etiraf etdi - Ermənistanın geriyə dönüşü yoxdur ABŞ Ermənistanın Rusiyadan qopmasına şərait yaradır.
KONKRET.az xəbər verir ki bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məslələri üzrə köməkçisi Ceyms O"Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində "Avropanın Gələcəyi" barədə dinləmələr zamanı sualları cavablandırarkən deyib.
O"Brayn bildirib ki ABŞ Ermənistanla əməkdaşlığa zaman sərf edir.
"Baş katib Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birgə bir neçə ay əvvəl Ermənistan baş naziri Nikol Paşinyanla görüşdük, Ermənistana Rusiyadan asılılığını azaltmağa kömək etmək üçün yeni platforma yaratdıq.
O, enerji və iqtisadiyyatı baxımından demək olar ki, tamamilə Rusiyadan asılıdır. Biz bunu diversifikasiya etməliyik. Və həmçinin sərhəd təhlükəsizliyi məsələsində də.
Beləliklə, baş nazir Paşinyanın apardığı cəsarətli addımlar Ermənistana imkan verir ki, Rusiyadan qopsun. Rusiya Ermənistanın təhlükəsizliyinə zəmanət vermişdi ancaq Azərbaycanla 2020-ci il müharibəsindən sonra və ondan əvvəl bu, bu zəmanət uğursuzluğa düçar oldu. Azərbaycan Qarabağ və ətrafındakı əraziləri geri alarkən Rusiya Ermənistana arxa çevirdi. Bu, Ermənistan əhalisinin çoxunun Rusiyadan uzaqlaşmaq istədiyi ciddi vəziyyətə gətirib çıxarıb. Beləliklə, biz bunun baş verməsi üçün şərait yaradırıq.
Əhəmiyyətli bir məsələ də odur ki bir bu həftənin sonunda bir neçə min rus əsgərinin, FSB əsgərlərinin tərk etməsi tələb olunduğu vaxt gəlib çatır. Və bu məsələ bir sıra səbəblərə görə həqiqətən əhəmiyyətlidir, xüsusilə də beynəlxalq hava limanına (Rusiya) nəzarət etdikləri üçün sanksiyalardan yayınma və qaçaqmalçılıq məhz burada baş verir.
Beləliklə, biz görəcəyik ki, Rusiya həqiqətən Ermənistanın istədiyi münasibətləri qura bilməsi üçün Ermənistanın suveren istəklərinə əməl etməyə hazırdırmı" , – ABŞ dövlət katibinin köməkçisi deyib. (Apa)

Siyasi       Tarix: 31 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun sonxəbərlər valyuta məzənnələri cəbhədən son xeber