ABŞ-ın yeni administrasiyası Ermənistana az maraq göstərir - Badalyan
Dövlətlərarası münasibətlərə tamamilə xas olmayan kifayət qədər səliqəsiz fotoşəkil Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens arasında keçirilən görüşün ümumi ab-havasından bəhs edir.
KONKRET.az xəbər verir ki, bunu siyasi müşahidəçi Akop Badalyan deyib
Badalyanın fikrincə, Paşinyanın səfərindən əvvəl belə görüşlə bağlı nə razılıq, nə də etimad var idi.
Siyasi müşahidəçi vurğulayıb ki, yüksək rütbəli amerikalı məmurla rəsmi görüş ən azı bir neçə həftə əvvəl Ermənistanla ABŞ arasında əvvəlki administrasiya tərəfindən imzalanmış sənədin ruhuna uyğun olmalı idi:
"İmzalanmış strateji tərəfdaşlıq komissiyalarının nizamnamələri, ümumilikdə Paşinyanın səfəri, bu səfərin xronologiyası və görüşlərin coğrafiyası müqayisəedilməzdir. Bu isə onu göstərir ki, yeni administrasiyanın Ermənistan Respublikasına Demokratik administrasiyadan qat-qat az marağı var. Bu, təbii ki, onların Ermənistanı sevib-sevməməsi ilə bağlı deyil. Təbii ki, xarici siyasətlə bağlı fikirləri ilə fərqlənən yeni administrasiya Ermənistana əvvəlki administrasiyadan daha az yer ayırır".
Görüşün substantiv hissəsinə toxunan Akop Badalyan qeyd edib ki, təbii ki, ABŞ-ın Qafqazla bu və ya digər şəkildə münasibəti olacaq, amma siyasi məzmun baxımından burada əsas sual belədir: "Paşinyanın Venslə söhbətində əvvəlki administrasiyanın onlar üçün strateji prioritet elan etdiyi Orta Dəhliz məsələsi varmı?".
Rəsmiyyə Şərifova,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu