"ABŞ İrana hərbi müdaxilə edəcək": Xomenei və Pezeşkian arasındakı nüvə ziddiyətinin PƏRDƏARXASI

İranın xarici işlər naziri Abbas Araqçı Tehranın ABŞ-la nüvə təmaslarına başladığını deyir. Digər tərəfdən isə Ali dini lider bunu inkar edir və danışıqların mümkünsüzlüyü haqda fikirlər səsləndirir. Bu cür ziddiyyətli fikirlər isə birmənalı qarşılanmır və müzakirələrə yol açır. Bəs görəsən, müxtəlif İran rəsmiləri tərəfindən edilən belə ziddiyyətli açıqlamaların səbəbi nədir? Bunun arxasında hansı məqamlar dayanır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev maraqlı məqamlara toxunub:
"İran əslində birmənalı şəkildə ABŞ-la nüvə danışıqlarına getmək istəmir. Bu, daha çox İran dini liderinin istəyi ilə bağlı bir məsələdir. Amma maraqlısı odur ki, İranda Ali rəhbər istəməsə də, prezident Pezeşkian bunda maraqlıdır görüntüsü yaratmağa çalışırlar. Reallıq isə ondan ibarətdir ki, İranda bütün qərarları Ali rəhbər verir. Belə olan halda Tehran nüvə sazişində maraqlı deyil. Bu məsələnin tənzimlənməsi əslində çox çətin görünür. ABŞ-ın bu istiqamətdəki təkliflərinin də İran tərəfindən qəbul ediləcəyi real deyil. Proses bu cür davam edərsə, şübhəsiz ki, İran və ABŞ arasında gərginlik artacaq. Hətta gələcəkdə məsələnin İrana hərbi müdaxiləyə qədər gedib çıxacağı gözləniləndir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 13 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Fələstin xalqını və hökumətini Mill

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler xeberlər valyuta xəbərlər