ABŞ Rusiyanı TƏHDİD ETDİ: "Putin sülh danışıqlarını pozsa..."

ABŞ Rusiyanı TƏHDİD ETDİ: "Putin sülh danışıqlarını pozsa, ABŞ qoşunlarını Ukraynaya göndərəcək".
KONKRET.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın vitse-prezidenti J.D.Vens çıxış edib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmağa razı olmasa və sülh danışıqlarını pozsa, Birləşmiş Ştatlar Kremlə qarşı yeni sanksiyalar tətbiq edəcək və Ukraynaya Amerika qoşunları göndərəcək.
"İqtisadi təzyiq rıçaqları var və təbii ki, hərbi təzyiq vasitələri də mövcuddur. Tramp administrasiyası Putini Rusiyanın döyüş meydanında deyil, danışıqlar masası arxasında daha çox şeyə nail ola biləcəyinə inandırmağa çalışacaq. Ukrayna üzrə razılaşma uğurlu olsa, ABŞ Rusiya ilə münasibətləri bərpa edə bilər. Çünki Moskvanın hazırda Qərb ölkələrindən təcrid olunması onu Pekinin kiçik tərəfdaşına çevirir. Çin ilə koalisiyada kiçik qardaş olmaq Putinin maraqlarına uyğun deyil".
Vens Rusiya və Ukrayna arasında sülh sazişinin mümkün parametrləri barədə danışmaqdan imtina edib. Onun sözlərinə görə, işğal olunmuş Ukrayna ərazisinin hansı hissəsinin Rusiyanın nəzarətində qalacağı və Kiyevin ABŞ və digər Qərb müttəfiqlərindən hansı təhlükəsizlik zəmanəti alacağı hələ bəlli deyil.
"Tramp "gözünü yumub" istənilən variantı müzakirə etməyə hazırdır. Lakin danışıqlar zamanı müəyyən məsələlərlə bağlı fikrini dəyişə bilər. Düşünürəm ki, bu, bir çox insanı şoka salacaq razılaşma olacaq", – ABŞ-ın vitse-prezidenti vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 16 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az son xeber.az en son xeber sonxeberler