ABŞ səfiri Rusiya XİN-ə çağırıldı, səfirə demarş edildi
ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"İyunun 24-də Rusiya Xarici İşlər Nazirliyində ABŞ-nin Rusiyadakı diplomatik missiyasının çağırılmış rəhbəri L.Treysi ilə söhbət zamanı ona Vaşinqtonun himayə etdiyi və silahlandırdığı Kiyev rejiminin Sevastopolun mülki əhalisinə hədəflənmiş raket hücumu, çoxsaylı itkilərə səbəb olan yeni qanlı cinayəti ilə bağlı demarş edib.
Rusiyaya qarşı hibrid müharibə aparan və faktiki olaraq münaqişə tərəfinə çevrilən ABŞ-nin Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla təmin etdiyi vurğulanıb.
Qeyd olunub ki, Sevastopol sakinlərinə qarşı istifadə edilən kaset başlıqlı ATACMS raketləri, onların hədəfə alınması və uçuş missiyalarının tətbiqi Amerika hərbi mütəxəssisləri tərəfindən həyata keçirilir, bu vəhşiliyə görə Kiyev rejimi ilə bərabər məsuliyyət daşıyır.
Səfirə bildirilib ki, Vaşinqtonun Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verməklə, Ukraynanın nasistyönlü hakimiyyətini "son ukraynalıya" qədər döyüşləri davam etdirməyə sövq etmək məqsədi daşıyan bu cür hərəkətləri cəzasız qalmayacaq. Cavab tədbirləri mütləq davam edəcək", deyə Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub. (Apa)

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək