"ABŞ siyasətçiləri erməni yalan və böhtanlarının oyuncağına çevrilib" – ÖZƏL

2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Co Bayden ən uğursuz prezidentlərdən biri kimi tarixə düşməkdədir. Erməni diasporasının əlində oyuncağa çevrilən Bayden hakimiyyətə gəldiyi gündən qondarma "erməni soyqırımı" haqda müxtəlif çıxışlar edir. Ötən ilin aprel ayında isə Bayden "soyqırımı" ifadəsini işlədən ilk ABŞ prezidenti oldu. Ölkə prezidentinin apardığı uğursuz xarici siyasət ən çox da ermənilərin işinə yarayır. Belə ki, ABŞ-ın Missisipi ştatı qondarma "erməni soyqırımı"nı tanıyan sayca 50-ci və sonuncu ştat olub.
Maraqlıdır, ABŞ-ın bütün ştatlarında qondarma soyqırımının tanınması Türkiyə üçün hansı təhlükə formalaşdırır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, ABŞ-ın qondarma "erməni soyqırımı" ilə bağlı bəyan etdiyi "fikirlər" onun imperyalist maraqlarının növbəti təzahürlərindən biridir: "Tarixdə olmayan bir hadisə haqqında ABŞ rəhbərliyinin daim manipulyasiya etməsi və son olaraq Co Baydenin "soyqırımı" kəlməsini işlətməsi Türkiyəyə qarşı riyakarlığın növbəti göstəricisidir.  Bu günə qədər NATO üzvü olduğu halda Türkiyəyə daim xəyanət edən ABŞ qondarma soyqırımı məsələsində də Ermənistan faktorundan yararlanmağa çalışır. Bu gün ölkənin bir çox ştatlarında erməni lobbisinin güclü dayaqları var. Təəsüflər olsun ki, ölkəni təmsil edən bir sıra siyasətçilər və konqresmenlər erməni yalanlarının və böhtanlarının oyuncağına çevriliblər. Lakin bütövlükdə Missisipi də daxil olmaqla ayrı-ayrı ərazilərin və əyalətlərin qondarma soyqırımını tanımasının Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Türkiyə bu gün regional gücdən qlobal gücə çevrilib".
Politoloqun fikrincə, dünyada sülhün, etimad mühitinin əldə edilməsində Türkiyə faktoru danılmazdır: "Qardaş ölkə indi dünyada həm hərbi, həm də siyasi baxımdan əsas söz sahiblərindən biridir. Onun artan nüfuzundan və uğurlarından narahat olan kollektiv Qərb şüurunun bu gün Türkiyə əleyhinə hansısa qərar verməyinin önəmi yoxdur. Bu mənada hətta ABŞ-ın bütün ərazisində  qondarma soyqırımının tanınması Türkiyədən çox ABŞ-ın ziyanınadır. Türkiyə heç bir halda onlardan asılı deyil. ABŞ isə Avrasiya məkanında önəmli müttəfiq və tərəfdaşını itirmək riski ilə üz-üzədir. Hesab edirəm ki, "soyqırımı" məsələsində Ermənistandan və erməni diasporasından oyuncaq kimi istifadə edən ABŞ və digər Qərb dövlətləri əslində NATO-nun özünü də gözdən salır. Bütün bunlar NATO daxilində birliyinin olmadığını, təşkilatın siyasi və hərbi məqsədlərdən daha çox ABŞ-ın hegemonluğuna xidmət edən bir quruma çevrildiyini sübuta yetirir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 06 may 2022
f Paylaş

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat cəbhədən son xəbərlər 2026 sonxeber cəbhədən xəbər