ABŞ Türkiyə banklarına Rusiya ilə əməkdaşlığa görə XƏBƏRDARLIQ ETDİ
ABŞ maliyyə nazirinin müavini Brayan Nelson İstanbulda səfərdə olarkən Türkiyə banklarına Rusiya ilə ticarət əməkdaşlığının inkişafına görə sanksiyalar riski barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
İstanbulda çıxışı zamanı o qeyd edib ki, məhdudiyyətlər G7 bazarlarına çıxışın itirilməsinə səbəb ola bilər.
"Son bir ildə Rusiyaya ixracatda nəzərəçarpacaq artım Türkiyənin özəl sektorunu sanksiya risklərinə qarşı xüsusilə həssas edir", – bəyanatda deyilir.
Nazir müavini daha əvvəl də eyni məlumatı BƏƏ-yə çatdırdığını bildirib.
Sanksiya risklərini azaltmaq üçün Nelson maliyyə institutlarını Rusiya hüquqi və fiziki şəxsləri ilə əməliyyatlarda, o cümlədən istismara həssas olan sektorlarda gücləndirilmiş yoxlama aparmağa çağırıb.
O bəyan edib ki, rusiyalı iş adamları Türkiyədə mülk almaqda və bizneslə məşğul olmaqda davam edirlər.
"Bloomberg"in məlumatına görə, ABŞ Türkiyə ilə danışıqlar zamanı Ankaradan Moskvaya mal tədarükünü dayandırmağı tələb edib.
Qeyd olunub ki, mart-oktyabr aylarında Türkiyə Rusiyaya 800 milyon dollar dəyərində mal, o cümlədən 300 milyon dollarlıq texnika və 80 milyon dollarlıq elektronika tədarük edib.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi