ABŞ və Fransa müharibə istəyir - Azərbaycan bu halda hərəkətə keçəcək

ABŞ və Fransa müharibə istəyir - Azərbaycan bu halda hərəkətə keçəcəkErmənistan son günlər yenidən Azərbaycana qarşı təxribatlara əl atır. Belə ki, adıçəkilən ölkəyə məxsus kvadrokopterin Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməsi də bu qəbildəndir. Həmçinin bu gün Ermənistan mediasında yayılan məlumata görə, ehtiyatda olan hərbi qulluqçular yenidən təlimlərə cəlb edilib. Bu prosesləri yeni müharibənin siqnalı kimi qiymətləndirmək olarmı?
ABŞ və Fransa müharibə istəyir - Azərbaycan bu halda hərəkətə keçəcəkMəsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd KONKRET.az-a açıqlamasında indiki məqamda Azərbaycan tərəfinin diqqətli olmasının vacibliyini vurğuladı:
"Ermənistan ordusunda hər zaman ilin bu vaxtında – sentyabrdan dekabra qədər təlimlər baş tutur. Əslində bu dövr təhlükəli sayılır. Ermənistan mediasında üçüncü müharibədən danışılır, ümumilikdə bu ritorikaya çox yer verilir. İndiki məqamda Azərbaycan tərəfi diqqətli olmalıdır. Bunun təhlükəli hala gəlib çıxmaq ehtimalı çoxdur. Açıq şəkildə bölgədə müharibə olmasını istəyən qüvvələr var. Bu, Azərbaycan və Ermənistan deyil. Həmin qüvvələr üçün ən ideal zaman sentyabr-dekabr aralığıdır. Ehtiyatda olan hərbiçilərin təlimə çağırılması barədə ölkəmiz ciddi düşünməlidir. Demək olar ki, hər ilin bu vaxtlarında qarşı tərəfdə müharibə ritorikası güclənir".
Ekspert ermənilərin qarşıdurmalara hazır olmadığını qeyd etdi:
"Açığı yeni müharibənin baş verməsi real görünmür. Birincisi, Ermənistan buna hazır deyil. Hücum silahları alsalar da, ordu daxilində ciddi problemlər var. Həmçinin hava hücumundan müdafiə sistemləri ilə tam təhciz olunmayıblar. Azərbaycana gəldikdə isə, ölkəmiz Qarabağda quruculuq işləri aparır, minatəmizləmə prosesi davam edir. Həmçinin qarşıdakı aylarda parlament seçkiləri keçiriləcək və noyabrda COP29-a ev sahibliyi edəcəyik. Bütün bunlar böyük maliyyə hesabına başa gəlir. Onu da qeyd etmək lazımdır ki, Ordumuzun arsenalına yeni silahlar da alınır. Müharibə olacağı halda isə bunun altından qalxmaq çətin olacaq. Dediyim kimi, regionda müharibə istəyən qüvvələr – ABŞ və Fransa var. Onlar Qərb və Rusiya, həmçinin Rusiya – Ukrayna qarşıdurmasını Cənubi Qafqaza transfer etmək istəyir. Bütün bunları nəzərə alsaq, gərginliyin olacağı 100 %-dir. Qeyd etdiyim kimi, müharibə olacaqsa, bu, digər qüvvələrin istəyi ilə baş tutacaq".
S.Məmməd COP29 ərəfəsində Azərbaycana təzyiqlərin daha da artacağını bildirdi:
"İddialar var ki, sentyabrdan sonra gərginlik daha çox ola bilər. COP29 ərəfəsində Azərbaycanın üzərinə gəlməyə çalışacaqlar. İstəkləri ölkəmizin beynəlxalq nüfuzuna ziyan verməkdir. Təxribatlar olacaq, amma Ordumuz mümkün qədər təmkinli davranmağa çalışacaq. Təxribatlar zamanı ağır itkilər və şəhidlər versək, Azərbaycan bu halda hərəkətə keçəcək. Belə məqamda proseslər ciddiləşcək. Böyük güclər passiv müharibə olacaqlarını aktivləşdirmək istəyirlər. Yaxın Şərqə baxdıqda görürük ki, İranı da bura cəlb etməyə çalışırlar. Regionda müharibə olacaqsa, ağır nəticələrlə yekunlaşacaq".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 01 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun xeberler bugun şou biznes xəbərləri cəbhədən ən son xəbər