Abşeron Rayon Mərkəzi Xəstəxanasındakı növbə sıxlığına aydınlıq gətirilib
Abşeron rayonunda xaotik, qeyri-bərabər şəhərləşmə prosesi, urbanizasiya prosesi, məskunlaşma həddindən artıq çox ciddi şəkildə gedir.
Bu fikirləri "Report"a müsahibəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov tibb müəssisəsində növbə sıxlığı ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Rayonun 2 000 kvadrat kilometr ərazini əhatə etdiyini deyən direktorun sözlərinə görə, Abşeron rayonu Bakıya yaxınlığı, həm də rayonlarla paytaxt arasında körpü rolunu oynayır:
"Abşeron rayonunda xaotik, qeyri-bərabər şəhərləşmə prosesi, urbanizasiya prosesi gedir. Məskunlaşma həddindən artıq çox ciddi şəkildə gedir. Ona görə də bu istiqamətdə problemlər var. Bəlkə də bir milyona yaxın əhali məhz burada məskunlaşıb. Bu da fəaliyyətimizə təsirsiz ötüşmür".
"Xəstəxanada gündəlik təxminən 2 500 - 3 000 pasiyent qəbul edilir. Bu da istər-istəməz tibbi xidmətin göstərilməsində bəzi çətinliklər yaradır. Buna baxmayaraq, bəzi atdığımız addımlarla çətinliyi dəf edə bilmişik. Yəni, həm maddi-texniki bazanın gücləndirilməsi, eyni zamanda kadr potensialının artırılması istiqamətində də bəzi addımlar atdığımız üçün bu çətinliklər az da olsa aradan qaldırılıb", - A.İsmayılov əlavə edib.
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var