Abşeron rayonunda vətəndaş qəbulları keçirilib - Fotolar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib.
Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan ənənəvi vətəndaş qəbulunda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
Sakinlər rayon ərazisində parkın salınmasında, stadionun tikintisində, sənədsiz torpaq sahələrinin sənədləşdirilməsində, şəhid ailələrinə mənzillərin daha tez verilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Növbəti gün isə Mehdiabad qəsəbəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin sakinlərlə səyyar-qəbulu keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak edib. İştirakçılar əvvəlcə qəsəbədəki Şəhidlər Xiyabanını ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda bir sıra böyük layihələrin icra olunduğunu, lakin əhalinin sürətli artımı səbəbindən təhsil, səhiyyə və bir sıra xidmət sahələrində yeni təlabatların meydana çıxdığını bildirib. Rayonun bütün kənd və qəsəbələrinin problemlərinin öyrənildiyini, infrastruktur problemlərinin bütün rayon ərazisində eyni olduğunu qeyd edən RİH başçısı onların qısa zamanda həllinə nail olmaq məqsədi ilə layihələrin hazırlandığını vurğulayıb.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində xalqımızın əldə etdiyi qələbədən danışılaraq bildirilib ki, hazırda işğaldan azad edilən torpaqlarda böyük quruculuq-abadlıq işləri həyata keçirilir və artıq ötən qısa müddət ərzində kəndlərimiz və rayonlarımız bərpa olunub.
Sonra Mehdiabad qəsəbə sakinləri çıxış edərək 1 saylı orta məktəbin əsaslı təmir olunmasında, yeni məktəb və bağça binalarının inşa edilməsində, kanalizasiya xəttinin çəkilməsində, yeni marşrut xəttlərinin açılmasında, mövcudlarının isə qət etdikləri məsafənin artırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.



Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək