Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLAR

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında baş tutan şənlikdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və  ümumilikdə şəhər sakinləri iştirak ediblər.
Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə verməklə abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Novruzun əsas atributlarından olan Keçəl və Kosa uşaqları əyləndirib, onlarla oyunlar oynayıb.
Tədbirdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqu, daha möhtəşəm qeyd edir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun qəhrəmanlığı sayəsində bu gün bütöv Azərbaycanda, işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları qalanır, şənliklər keçirilir.
Bayram şənliyinin məşəlini alovlandırmaq üçün cəngavərlər meydana daxil olub və şəhid övladları ilə birgə tonqal qalayıblar. Meydanın mərkəzində alovlanan tonqalın ətrafında dövrə edən milli geyimli iştirakçılar hər kəsi Parkda yaradılan Novruz guşələrini gəzməyə dəvət edib.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə birgə park gəzintisinə çıxıb. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını şirniyyata qonaq ediblər.
Sonra şəhid ailələri ilə birgə Ulu Öndərin adını daşıyan Mərkəzdə "Qeyd- Sosial Maarifləndirmə" ictimai birliyinin təşkilatçılığı ilə düzənlənən "Heydər Əliyev-Unudulmaz lider" adlı foto xalça sərgisinə baxış keçirilib.
Gəzintidən sonra tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLARAbşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 18 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımı

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər valyuta mezennesi banklar şou biznes xəbərləri kriminal bugun