Abşeronda şəhidin ordeninin təqdimetmə mərasimi keçirilib - FOTOLAR

Abşeronda şəhidin ordeninin təqdimetmə mərasimi keçirilib - FOTOLAR30 illik vətən həsrətinə, erməni işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Xalqımızın qələbəsi ilə bitən müharibədə qəhrəmanlıq, igidlik göstərən qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilir. 
azxeber.com xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətində şəhid İlyasov Fərid İbad oğluna ölümündən sonra verilən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninin ailəsinə təqdimetmə mərasimi keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, Naxçıvan Müxtar Respublikasının N saylı Hərbi Hissənin zabiti, polkovnik leytenant İntiqam Ağasıyev, şəhidimizin babası Əlövsət İbrahimov və anası Bəsirə İlyasova iştirak edib. 
RİH başçısı ordumuzun döyüş meydanında əldə etdiyi şərəfli qələbədən, igidlərimizin göstərdiyi şücaətlərdən danışaraq bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yurdlarımız tez bir zamanda bərpa olunur. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur və artıq soydaşlarımız öz dədə-baba yurdlarına köçməyə başlayıblar. 
Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı Abşeron rayonunda da bu qəbildən böyük işlər görüldüyünü, onların işlə təmin olunmalarında əhəmiyyətli nəticənin əldə edildiyini vurğulayıb. 
Sonra çıxış edən şəhid Fərid İlyasovun ailəsi ölkəmizdə şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər bir anında bu qayğını hiss etdiklərini qeyd ediblər. Fərid İlyasovunun Vətən Müharibəsi zamanı göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiklərini vurğulayan şəhid ailəsi onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Abşeronda şəhidin ordeninin təqdimetmə mərasimi keçirilib - FOTOLARAbşeronda şəhidin ordeninin təqdimetmə mərasimi keçirilib - FOTOLARAbşeronda şəhidin ordeninin təqdimetmə mərasimi keçirilib - FOTOLARAbşeronda şəhidin ordeninin təqdimetmə mərasimi keçirilib - FOTOLARAbşeronda şəhidin ordeninin təqdimetmə mərasimi keçirilib - FOTOLAR

Sosial       Tarix: 11 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri son xeberler bugun cəbhədən video en yeni xeberler