"Abzas Media"nı fransızlar maliyyələşdirir - ŞOK TƏFƏRRÜATLAR

Hər kəs üçün vətən anlayışı fərqlidir. Bəziləri üçün vətən onun evidir. Bəziləri yaşadıqları məhəlləni özünə vətən sayır, kimisi kəndinə, kimisi şəhərinə vətən deyir. Əksəriyyət  üçün isə Vətən Bütöv Azərbaycandır. Deməli, Vətən üçün canlarından keçənlər müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalıblar. Onlar üçün Vətənin şimalı-cənubu, qərbi-şərqi yoxdur. Vətən bütövdür, Azərbaycan vahid varlıqdır. Amma Azərbaycana dönük çıxanları, onun mənafeyini qəpik-quruşa satanları gördükdə isə Vətəndən xəcalət çəkir, ölüb yerə girir adam.
Xaricdə oturub Azərbaycan əleyhinə təbliğat aparanlarsa sanki bu Vətənə qənim kəsiliblər. İnternet kanallarında Azərbaycan əleyhinə od püskürən bu adamların hansı amala qulluq etdiyi sirr deyil. Xaricdən aldıqları beş-on manata görə Vətənin maraqlarını ayaq altına atan bu varlıqlar üçün vətən anlayışı elə ciblərinə qoyduqları günəmuzd qədərdir.
Qərbdə Azərbaycan əleyhinə aparılan kampaniyanın bir hissəsinə çevrilən bu adamların "vətən sevgisi" ancaq yalançı vətənpərvərliklə bağlıdır.  Azərbaycan haqqında böhtan danışanlar ağaları qarşısında götürdükləri öhdəliyə uyğun  addımlar atırlar. Yiyələrindən aldığı təlimata uyğun hərəkət edən "azərbaycanlılar"ın mövqeyi  ermənilərdən fərqlənmir, Azərbaycanın qələbəsinə ağız əyməklə aldıqları qonorarın haqqını ödəyirlər.
Sevinc Osmanqızının pıçıltıyla "Bu qələbə kimə lazımıydı?" deməsinin arxasında nələrin dayandığını hələlik müəyyən etmək çətindir. Özünü azərbaycanlı hesab edən kəs bu sözü işlədirsə, onun milli kimliyi şübhə doğurur
Hələ Avropa təşkilatlarının maliyyələşdirdiyi internet kanallarında Azərbaycan əleyhinə səslənən fikirləri demirəm. Bir dəstə "vətən aşiqi" Avropada ölkəmizin imicinə zərbə vurmaqla məşğuldur. Tezisləri sponsorlarından alan "vətənpərvərlər" hər cür alçaqlığa əl atmaqdan belə çəkinmirlər.
Bir neçə gün əvvəl Avropadan yayımlanan internet kanallarının birində bu üzdəniraq "azərbaycanlılar"ın dialoqu diqqətimi çəkdi. Onlar "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həbsini müzakirəyə çıxarmışdılar. Özləri də bilmədən Ülvinin təlimatı Fransadan almasını etiraf etdilər. Məsələ burasındadır ki, həmin internet kanalında danışanların biri bu günlərdə Parisdə xüsusi tədbirə dəvət aldığını deyir. Təbii ki, həmin tədbiri də Fransanın kəşfiyyat orqanları təşkil edib və ölkəmizə qarşı xüsusi planlar müzakirə olunurmuş. Məsələ burasındadır ki, illər əvvəl qaçıb Fransaya sığınan bu "azərbaycanlı" da həmin tədbirin iştirakçısı imiş. Ülvi Həsənliylə tanışlığının tarixçəsini xatırladan milli satqın bildirdi ki, Parisdəki həmin tədbir başa çatdıqdan sonra bir nəfər ona yaxınlaşıb və Bakıdan gəldiyini bildirib. Məlum olub ki, onunla tanış olmağı özünə şərəf bilən Bakıdan fransızların dəvət etdiyi "Abzas Media"nın direktoru Ülvi Həsənlidir.
Burada isə torbadakı pişik tərpənməyə başlayır və Ülvinin Fransa xüsusi xidmət orqanlarının təşkil etdiyi tədbirdə peyda olmasının arxasında kimlərin dayandığı məlum olur. Təbii ki, Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaya iki "azərbaycanlı"nın dəvət olunması, onun birinin məhz Bakıdan təşrif buyurmasının arxasında xüsusi plan durur. Fransa kəşfiyyatı dəvət etdiyi "azərbaycanlı"lara xüsusi təlimatlar keçib, onları yenidən iş başına göndərməklə öz çirkin planını həyata keçirməkdə maraqlıdır. Məsələ burasındadır ki, həmin adamlar ölkədə ermənilərin "tapdanan hüquqları"nı müdafiə etmək, Azərbaycanı "etnik təmizləmə"də günahlandırmaqda təlimatlandırılıblar. Üstəlik, guya Qarabağın Azərbaycan tərəfindən "işğal" olunduğunu gündəmə gətirmək üçün görəvləndirilən Ülvi və onun Avropadakı məsləkdaşı üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirmək üçün öz media resurslarını işə salıblar.
Avropanı su yoluna döndərən Ülvi Həsənli və Sevinc Vaqifqızının haradan maliyyələşdiyi heç kəsdə şübhə doğurmur. Nəzərə alsaq ki, orta statistik Azərbaycan jurnalistinin aylıq gəliri ona ildə bir neçə dəfə xaricə getməyə imkan vermir,  deməli, Ü.Həsənli maliyyə yardımını xaricdəki anti-Azərbaycan qüvvələrindən alır və xüsusi dəst-xətlə də onların tapşırıqlarını yerinə yetirir. Amma İlahi ədalət gec-tez öz sözünü deyir və satqınlar əvvəl-axır ifşa olunur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 27 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler şou biznes xəbərləri en son xeberleri xeber az