AccessBank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayırMikro, kiçik və ortasahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2024-cü il üzrəmaliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə etmək üçün:
Bank, 2024-cü il nəticələrinəgörə 54.1 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2023-cü ildə 39.8milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi dahada möhkəmlənmiş və məcmu kapitalı ötən illə müqayisədə 29.0% və ya 41.5 milyonmanat artaraq 185.0 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 3.7dəfə çoxdur.
Sözügedən artımındrayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı,depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlbedilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:
-Kredit portfeli 13.6% və ya 137.8 milyon manatartıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 151.5 milyon manat təşkiledib.
-Kredit portfelinin 78.3%-i biznesə ayrılmış kreditlərtəşkil edir ki, biznes portfelinin həcmi 901.9 milyon manatdır. Hesabat dövrü ərzindəbiznes portfeli 15.6% və ya 121.8 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 59.5%-iregionların payına düşür.
-Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdirvə 2024-cü ilin sonuna 1026.5 milyon manat təşkil edir.
-AccessBank 2024-cü ildə beynəlxalq nüfuzlu xaricikreditorlardan 73.1 milyon manat həcmində kredit cəlb etmişdir.
-Bankın aktivləri 1.5 milyard manata çatır, bu da2023-cü illə müqayisəsədə 6.7% çoxdur.
-Faiz gəlirləri 2023-cü il ilə müqayisədə 14.9%artaraq 224.4 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2023-cü il iləmüqayisədə 18.2 milyon artaraq 140.2 milyon manata yüksəlib.
-Qeyri-faiz gəlirləri 18.1 milyon manat təşkil edir.
-Xalis əməliyyat mənfəəti 2024-cü ildə 69.1 milyonmanata çatıb. 2023-cü ildə eyni göstərici 56.3 milyon manat təşkil edib.
-Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı70.6% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.4 dəfə yüksəkdir.
AccessBankAzərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və ortabizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropaİnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat vəqurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyətgöstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyədavam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankınxidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəngetmək, həmçininwww.accessbank.azsaytınavə ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası MərkəziBankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyətgöstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3ünvanında yerləşir. / azxeber.com

İqtisadiyyat       Tarix: 15 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Aylıq büdcəni düzgün planlaşdırmağın 8 sadə üsulu

Aylıq büdcənin planlaşdırılması yalnız xərcləri azaltmaq deyil, gəliri məqsədlərə uyğun idarə etmək deməkdir. Düzgün hazırlanmış şəxsi büdcə gündəlik ödənişləri vaxtında qarşılamağa, borcları nəzarətdə saxlamağa və gələcə

ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR

ADA Universiteti və "Bank of Baku"nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq

Dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər neft ixrac edən ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir. Xüsusilə Azərbaycan kimi enerji resurslarından əhəmiyyətli gəlir əldə edən ölkələr üçün bu dəyişikliklə

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri hava haqqinda krimnal bugun oxu.az xeberler