AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə keçirilən "Building with AI: From Idea to Working Product" birgünlük innovasiya hakatonu uğurla başa çatıb.
23 may 2026-cı il tarixində keçirilən hakatona iştirak üçün 600-dən çox müraciət daxil olub. Müraciətlər arasından seçilən 60 iştirakçı süni intellekt texnologiyalarından istifadə etməklə öz ideyalarını qısa müddət ərzində işlək məhsul və prototiplərə çevirmək imkanı əldə edib.
Hakaton çərçivəsində iştirakçılar komandalar şəklində çalışaraq ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier, müxtəlif API-lər və digər müasir AI platformalarından istifadə etməklə innovativ həllər hazırlayıb və günün sonunda münsiflər heyəti qarşısında təqdim ediblər. Komandalar proses boyunca təcrübəli mentorların dəstəyi ilə təmin olunub.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən hakatonun qalibləri aşağıdakı komandalar olub:
•I yer — Rufina Rəhimli, İbrahim Hüseynov, Nuray Qasımzadə
•II yer — Emil Qallacov, Məhəmməd Babayev
•III yer —Elçin Yusubov, İmran Hacıyev, Hüseyn Həsənzadə
Qeyd edək ki, "Building with AI: From Idea to Working Product" hakatonunun ümumi mükafat fondu 5 000 AZN təşkil edib. Qaliblərə aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunub:
•I yer — 2 500 AZN
•II yer — 1 500 AZN
•III yer — 1 000 AZN
Hakatonun əsas məqsədi Azərbaycanda süni intellekt və innovasiya ekosisteminin inkişafına töhfə vermək, gənclərin və texnologiya həvəskarlarının praktiki bacarıqlarını artırmaq, eləcə də innovativ məhsulların yaranmasını təşviq etmək olub. Tədbir iştirakçılar üçün həm öyrənmək, həm də şəbəkələşmək baxımından mühüm platforma rolunu oynayıb. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu