AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib
Azərbaycanın aparıcı kommersiya banklarından olan AccessBank, BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyası (COP29) çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib.Bank təqdim etdiyi hesabatda şəffaflıq, sosial və ekoloji təsir, eləcə də davamlıinkişaf prinsiplərinə sadiqliyini vurğulayıb.
HesabatdaAccessBank-ın maliyyə dayanıqlığı sahəsində əldə etdiyi nailiyyətlər vəstrateji təşəbbüsləri təqdim edilib. Xüsusilə, davamlı və yaşılmaliyyələşdirmə, risklərin idarə edilməsi, sosial məsuliyyət və ekolojicəhətdən təmiz texnologiyaların tətbiqi sahəsində atılan addımlar və təşviqedilən təşəbbüslər ön plana çıxarılıb.
Hesabatla daha ətraflı tanışolmaq üçün linkə keçid edin: Sustainability Report
Təqdimatdansonra "ESG İnteqrasiyası: Yaşıl maliyyə və məsuliyyətli bankçılıqvasitəsilə dayanıqlı artımın təmin edilməsi" mövzusunda panel müzakirələrikeçirilib. Müzakirələrdə spikerlər qismindəAccessBank-ın İdarə Heyəti Sədrinin Müavini və Baş Maliyyə İnzibatçısı Orxanİsmayılov, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya ölkələrində özəlsektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali və Avropa Yenidənqurma vəİnkişaf Bankının (AYİB) Qafqaz ölkələri üzrə regional rəhbəri Alkis VriyeniosDrakinos iştirak ediblər.
Beynəlxalq maliyyə institutlarınınnümayəndələri AccessBank-ın şəffaf və dayanıqlı maliyyə hesabatlılığınıntətbiqi sahəsindəki səylərini dəstəkləyib, təqdim edilən hesabatın yüksəksəviyyədə hazırlanmasını qeyd edib və regionun maliyyə sisteminin inkişafı üçünbu cür təşəbbüslərin vacibliyini vurğulayıblar. Bundan əlavə, maliyyələşməningələcək imkanları və subordinasiyalı kreditlərin maliyyə inklüzivliyininartırılması istiqamətindəki əhəmiyyəti müzakirə edilib.
Hesabatın təqdim edilməsi AccessBanküçün səhmdarlar və tərəfdaşlar arasında etimadın gücləndirilməsi və davamlıinkişaf prinsiplərinin bankın strategiyasına inteqrasiyası baxımından mühüm biraddım olub.
AccessBankAzərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və ortabizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropaİnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat vəqurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyətgöstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyədavam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankınxidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəngetmək, həmçinin www.accessbank.az saytınavə ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC AzərbaycaRespublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylılisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamalrayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.



Keçmiş nazirə ağır itki
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək