AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər - FOTOLAR
Xanım əməkdaşların peşəkar inkişafı, onların korporativ mühitdə liderlik potensialının gücləndirilməsi və qərarvermə proseslərində fəal iştirakının təşviqi AccessBank üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Bu məqsədlə bankda rəhbər vəzifələrdə çalışan xanımları bir araya gətirən AccessBank Leading Women Club (AccessBank Lider Xanımlar Klubu) platforması yaradılıb.
2022-ci ildə yaradılan klub hazırda 40-dan çox rəhbər xanımı birləşdirir. Təşəbbüsün əsas məqsədi xanım əməkdaşlar arasında qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, komanda ruhunun inkişafı, eləcə də peşəkar şəbəkələşmənin genişləndirilməsidir.
Bu dəfə AccessBank Leading Women Club çərçivəsində bankın Müşahidə Şurasının xanım üzvləri Andrea Hagmann, Fernanda Molejon və Olga Tomaş ilə görüş (workshop) təşkil edilib. Görüş zamanı spikerlər öz peşəkar inkişaf yolları və liderlik mövqelərinə qədər keçdikləri karyera mərhələləri barədə danışıb, karyera seçimində keçdikləri mərhələlər, eləcə də qadın və peşəkar kimi aşmalı olduqları maneələr barədə iştirakçılarla bölüşdülər.
Görüşün xüsusi qonağı isə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional direktoru Momina Aijazuddin olub. Görüş çərçivəsində o, mikro-maliyyə sahəsində qlobal tendensiyalar haqqında danışaraq, həmçinin maliyyə inklüzivliyi, bank sektorunda qadınların peşəkar inkişafı mövzuları ətrafında müzakirələr apardı, səslənən sualları cavablandırdı.
AccessBank-ın rəhbər xanımları görüşdə beynəlxalq səviyyədə tanınmış qadın maliyyə liderlərinin karyera inkişafı, liderlik yanaşmaları, strateji qərarvermə təcrübələri və peşəkar yüksəliş yolları ilə yaxından tanış olublar. Müzakirələr qadın liderliyin təşkilati inkişafda rolu, inklüziv idarəetmə mədəniyyətinin formalaşdırılması və gələcək liderlərin yetişdirilməsi kimi mövzuları da əhatə edib.
AccessBank qadın liderlərin inkişafına yönəlmiş bu cür təşəbbüsləri davam etdirərək bank daxilində inklüziv və dayanıqlı liderlik mədəniyyətinin gücləndirilməsini hədəfləyir.


/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq