AccessBank nağd kreditdə 7%-dək endirim kampaniyasını uzatdı
Kampaniya 1 aprel 2026-cı il tarixində başlayıb və 30 iyun 2026-cı il tarixinədək davam edəcək.
Nağd kredit məhsulları və təklif edilən güzəştlər barədə daha ətraflı:
Bununla yanaşı, ilk dəfə olaraq neft-qaz sektoru və prokurorluq orqanlarında çalışan şəxslər üçün Nağd Kredit məhsulu üzrə mövcud maksimum 24% illik faiz dərəcəsindən 6,5 %- dək endirim tətbiq edilməklə daha sərfəli şərtlər təqdim edilir.
Nağd Kredit üzrə illik faiz dərəcəsi minimum 10,5%, maksimum 17,5% təşkil edir. Kreditin faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayır və kreditin müddəti, məbləği və tətbiq olunan komissiyadan asılı olaraq dəyişə bilər. Komissiya 1–4% aralığında, kredit müddəti isə 6 aydan 48 ayadək müəyyən olunub.
Kampaniya 13 aprel 2026-cı il tarixində başlayıb və 31 may 2026-cı il tarixinədək davam edəcək.
Eyni zamanda, müştərilərə seçim əsasında faizsiz kredit kartı da təklif edilir ki, bu da gündəlik maliyyə əməliyyatlarının daha rahat idarə olunmasına imkan yaradır.
Müştərilərinin maliyyə ehtiyaclarına çevik və əlçatan həllər təqdim etməyi prioritet hesab edən AccessBank, müxtəlif peşə sahibləri üçün uyğunlaşdırılmış məhsullarla onların gündəlik planlarını daha rahat həyata keçirməsinə dəstək olmağa davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb