AccessBank qadın sahibkarlar üçün "Access2Success" layihəsini Qubada təşkil edib

AccessBank qadın sahibkarlar üçün AccessBank qadınların biznes mühitində daha fəal iştirakını təşviq etmək və sahibkarlıq bacarıqlarının inkişafına dəstək vermək məqsədilə həyata keçirdiyi "Access2Success" layihəsinin 2026-cı il üzrə ilk regional tədbirini Quba şəhərində təşkil edib.
Tədbir müxtəlif fəaliyyət sahələrini təmsil edən qadın sahibkarları bir araya gətirərək təcrübə və bilik mübadiləsi üçün səmərəli platforma rolunu oynayıb. Proqram çərçivəsində iştirakçılar biznesin idarə olunması, mövcud bazar tendensiyaları və inkişaf perspektivləri ilə bağlı aktual mövzular ətrafında müzakirələr aparıblar. İnteraktiv formatda keçirilən görüş zamanı sahibkarlar yeni işgüzar əlaqələr qurub, potensial əməkdaşlıq imkanlarını dəyərləndirib və biznes şəbəkələrini genişləndirmək imkanı əldə ediblər.
Layihə çərçivəsində AccessBank-ın mütəxəssisləri tərəfindən biznes idarəçiliyinin əsas istiqamətlərini əhatə edən təlim sessiyaları keçirilib. Sessiyalarda maliyyə savadlılığı, sahibkarlıq fəaliyyətinin hüquqi əsasları, marketinq alətləri və şəxsi brendin formalaşdırılması kimi mövzulara xüsusi diqqət ayrılıb. Görüş zamanı iştirakçılar bizneslərinin inkişafı, satış imkanlarının genişləndirilməsi və bazarda daha dayanıqlı mövqenin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Təlim proqramının sonunda iştirakçılara AccessBank tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, AccessBank "Access2Success" layihəsinə 2022-ci ildə start verib. Layihə indiyədək Bakı şəhəri və regionlarda yüzlərlə qadın sahibkarın biznes biliklərinin və liderlik bacarıqlarının artırılmasına dəstək göstərib. Proqram çərçivəsində iştirakçılar strateji planlaşdırma, satış və marketinq, elektron ticarət, insan resurslarının idarə olunması, hesabatlılıq və digər biznes yönümlü sahələr üzrə praktiki biliklər əldə ediblər.
AccessBank qadın sahibkarlığının inkişafına dəstəyini davam etdirərək regionlarda biznes mühitinin gücləndirilməsinə və sahibkarların dayanıqlı inkişafına töhfə verməyə davam edir. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildənkiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / azxeber.com

İqtisadiyyat       Tarix: 20 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az