ADNSU "QS Africa Forum 2026"da Azərbaycanı təmsil edən yeganə universitetdir

ADNSU Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 9–10 iyul 2026-cı il tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən "QS Africa Forum 2026"da iştirak edir. Forumda ADNSU-nu rektorun reytinqlər üzrə müşaviri Ülviyyə Abbasova, İctimai əlaqələr və marketinq şöbəsinin rəhbəri Xülya Sabirli və Reytinqlər şöbəsinin baş mütəxəssisi Çingiz Qarayev təmsil edirlər. 
Ali təhsilin gələcəyi, universitetlərin qlobal reytinqlərdə inkişafı, dayanıqlı inkişaf, məşğulluq, beynəlxalq əməkdaşlıq, tədqiqat və innovasiya kimi aktual mövzuların müzakirə olunduğu forum Afrika regionu ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, ali təhsil ekspertlərini, sənaye nümayəndələrini və qərarverici şəxsləri bir araya gətirir. Təxminən 200-ə yaxın iştirakçının qatıldığı tədbir universitetlər üçün beynəlxalq təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və ali təhsildə müasir çağırışların müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.
azxeber.com xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti forumda Azərbaycanı təmsil edən yeganə universitetdir. Bu iştirak ADNSU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin gücləndirilməsi, qlobal akademik şəbəkələrlə əlaqələrinin genişləndirilməsi və universitetin beynəlxalq reytinqlər istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin davamı kimi xüsusi əhəmiyyət daşıyır.
Universitet nümayəndələri tədbir çərçivəsində keçirilən sərgidə iştirakçılara ADNSU-nun təhsil proqramları, elmi-tədqiqat imkanları, beynəlxalq əməkdaşlıq istiqamətləri, sənaye ilə əlaqələri və qlobal reytinqlərdə əldə etdiyi nəticələr barədə məlumat verirlər.
Tədbir müddətində ADNSU nümayəndə heyəti müxtəlif ölkələrdən olan universitet və təşkilat nümayəndələri ilə görüşlər keçirir, mümkün əməkdaşlıq perspektivlərini müzakirə edir. Görüşlər zamanı tələbə və akademik mobillik, birgə tədqiqat layihələri, beynəlxalq şəbəkələrdə iştirak, dayanıqlı inkişaf təşəbbüsləri, universitet-sənaye əməkdaşlığı və qlobal reytinqlərdə mövqelərin daha da gücləndirilməsi kimi istiqamətlər diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, "QS Africa Forum 2026"nın əsas müzakirə istiqamətləri müasir ali təhsilin qarşısında duran mühüm çağırışlarla səsləşir. Forumda universitetlərin yalnız bilik verən akademik qurumlar kimi deyil, həm də əmək bazarının tələblərinə cavab verən, innovasiya yaradan, dayanıqlı inkişafı dəstəkləyən və beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal problemlərin həllinə töhfə verən institutlar kimi rolu xüsusi vurğulanır. 
ADNSU ADNSU ADNSU ADNSU ADNSU ADNSU

Sosial       Tarix: 09 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxeber ən son xəbərlər xeberler bugun