AFFA legioner rüsumları ilə bağlı qaydaları dəyişdi
AFFA Azərbaycan çempionatlarında legioner rüsumları ilə bağlı qaydaları dəyişib.
KONKRET.az-ın məlumatına görə, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Yeni qaydalara əsasən, 2023/2024 mövsümünün startına qədər 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmayacaq. Milli komandasının heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün də eyni qayda qüvvədə olacaq.
Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq olunacaq:
Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5 000 (beş min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner üçün – 10 000 (on min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox sayda legionerlər üçün – 50 000 (əlli min) manat
Bir futbolçu mövsüm ərzində 2-ci klubda sifariş olunacaqsa, rüsum tələb edilməyəcək.
Qeyd edək ki, yuxarıda göstərilən 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur. Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer Liqa klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətə cəlb etdiyi əcnəbi futbolçuların sayı da daxildir.
I Divizion klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən olunub.//Report

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi