AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb.
Publika.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılsın. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etsin.
2. Aşağı yaş qruplarından ibarət milli komandalara aşağıda göstərilmiş baş məşqçilər təyin olunsun:
U-15/U-16 - Füzuli Məmmədov
U-17 - Elxan Abdullayev
U-18 - Aqil Nəbiyev
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq inşası təsdiq olunsun.
4. Regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunsun. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.
5. "Dalğa Arena"nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılsın.
6. Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov öz xahişi ilə üzvlükdən azad olunsun. Gülağa Cabarov Apellyasiya və Arbitraj Tribunalının üzvü təyin olunsun.
7. Əsgər Abdullayev Məşqçilər Komitəsinə üzv təyin olunsun
8. AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən 150 000.00 ABŞ dolları məbləğində maliyyələşməsi təsdiq olunsun.
9. VAR layihəsi üçün 500 000.00 ABŞ dolları məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiq olunsun.
İclasın sonunda "Qarabağ" klubuna UEFA Avropa Konfrans Liqasında play-off mərhələsinə vəsiqə qazanması münasibətilə AFFA-nın İcraiyyə Komitəsinin adından təbrik ünvanlanıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var