AFFA rəsmisindən Santuş açıqlaması: "Sona qədər…"
"İlk gündən Fernandu Santuşa etimad göstərilib və bu yolda sona qədər davam etməlidir".
KONKRET.az xəbər verir ki, bunu AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Report"a açıqlamasında deyib.
Mütəxəssis heyətə fayda verə biləcək futbolçuların dəvət olunmasının vacibliyini vurğulayıb:
"Millidən gözləntilərimiz həmişə qələbə olub. İnanmışıq ki, azarkeşlərimizi sevindirəcək. Hər iki görüşdə məğlub olmağımızın dəqiq səbəbini baş məşqçi deyə bilər. Kənardan görünən odur ki, Fernandu Santuş axtarışdadır, eksperimentləri davam etdirir. Bunun nəticəsidir ki, oyunlarda hələlik balanslı komanda görə bilmirik. Dünənki görüşdə xeyli dəyişiklik gördük. Zamana ehtiyac var. Hesab edirəm ki, yığmaya fayda verə biləcək və hazır futbolçular dəvət edilməlidir. Ancaq inamımızı itirməməliyik, əks halda heç nə əldə edə bilmərik".
Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi son iki yoldaşlıq görüşündə, martın 22-də Haitiyə (0:3), ötən gün isə Belarus yığmasına (0:2) məğlub olub.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq