AFFA "Sabah"ın futbolçusunu cəzalandırdı
AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Ceyhun Nuriyevi sərt cəzalandırıb.
KONKRET.az xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundakı davranışı səbəb olub.
Matçın 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Nuriyevə 3 aylıq sınaq müddəti təyin olunub. Futbolçu 4 oyunluq cəzalanıb. Bunun 2-si şərti xarakter daşıyır. Klub isə 3 200 manat cərimələnib.
"Sabah"ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov isə hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib. Mütəxəssis həmçinin klubunu 800 manat ziyana salıb.
"Turan Tovuz" – "Neftçi" oyununda isə qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə "ağ-qaralar" 800 manat cərimə ödəyəcək.//Report

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA