Aftandil Hacıyev: "Ölkə kubokunu layiqli şəkildə tərk edirik"
"Turniri layiqli şəkildə tərk edirik".
KONKRET.az-ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.
41 yaşlı mütəxəssis bildirib ki, ilk dəqiqələrdə qol vurduqdan sonra gedişatı dəyişə bilərdilər: "Planımız yaxşı alındı. İlk qoldan sonra 2-3-cü qolları vura bilərdik. Amma "Zirə" təzyiq altında usta futbolçuları ilə oyunu ələ aldı. Bu gün bacardıqlarımızı ortaya qoya bildik. Hesab rəqibin xeyrinə dəyişdikdən sonra işimiz çətinləşdi. Planlarımız pozuldu. İtkilərimiz var idi. Amma futbolçuların məğlub olmamaq istəyi məni razı saldı".
Hacıyevin sözlərinə görə, oyunçu dəyişikliyi etməyə imkanı yoxdur: "Futbolçular üçün ardıcıl olaraq süni örtükdə oynamaq asan deyil. Bu matçı ciddiyə almışdıq. Bu gün gənc futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Onları gələcək matçlarda da meydanda görəcəksiniz".
"Zirə"nin məşqçisi Vaqif Paşayev isə ilk matçdakı darmadağına baxmayaraq, arxayınlaşmadıqlarını söyləyib: "Uşaqlara bu barədə demişdik. Sağ olsunlar, tapşırıqları yerinə yetirdilər. Külək bizə mane olsa, yaxşı mübarizə apardıq".
Yeni transferlərin çıxışına da toxunan mütəxəssis onların yaxşı futbolçular olduğunu vurğulayıb: "Getdikcə, daha yaxşı olacaqlar".
Paşayev yarımfinalda "Neftçi"yə rəqib olmalarına da toxunub: "Mümkün olduğu qədər irəli gedəcəyik. Rəqibin kimliyindən asılı olmayaraq oynayacağıq".

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu