Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto

Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - FotoLənkəranda çürümüş ağac avtomobilin üzərinə aşıb.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Astara rayonunun Təngərüd kənd sakini, 59 yaşlı Müzəffərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yol kənarındakı çürümüş ağac qəfil aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.
Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı, 38 yaşlı Nüşabə Müzəffərova və onun qaynanası, 66 yaşlı Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanası-nın təcili yardım şöbəsinə çatdırılıblar. Onlara zəruri ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Məlumata görə, qəzada xəsarət alan T.Babayeva həmin gün xəstəxanada həkim qəbuluna yazılmış olub. Onlar qəbul üçün yola düşərkən hadisə baş verib. Hadisə nəticəsində aşan ağac bir müddət digər nəqliyyat vasitələrinin hərəkətinə də mane olub. Kənd sakinlərinin köməyi ilə ağac yoldan kənarlaşdırılıb və hərəkət tam bərpa olunub.
Kənd sakinləri bildiriblər ki, sözügedən ərazidə bu cür çürümüş ağaclar kifayət qədərdir və onların aşma təhlükəsi qalmaqdadır. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hələlik heç bir tədbir görülməyib.

Hadisə       Tarix: 09 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler apa.az xeberler bugünkü son xəbərlər maşın realiti şou