Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?Ağcaqanadların bəzi insanlara digərlərinə nisbətən daha çox yönəlməsi təsadüfi deyil. Aparılan elmi araşdırmalar bu həşəratların insanları seçərkən bir sıra bioloji və kimyəvi amillərə əsaslandığını göstərir.
azxeber.com Metbuat.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, ağcaqanadların hədəf seçməsində bədən qoxusu, bədən istiliyi və nəfəs vasitəsilə xaric olunan karbon qazı əsas rol oynayır. Yalnız dişi ağcaqanadlar insanları dişləyir və onlar inkişaf etmiş hiss orqanları sayəsində uyğun hədəfi müəyyən edirlər.
Alimlər bildirir ki, ağcaqanadlar onlarla metr uzaqlıqdan belə insanın nəfəsindəki karbon qazını hiss edə bilir. Hədəfə yaxınlaşdıqca isə bədən qoxusu, dərinin temperaturu və rütubət kimi faktorlar daha da önəm qazanır.
Araşdırmalar göstərir ki, ağcaqanadların insanlara yönəlməsi qan qrupu, göz və ya saç rəngi ilə əlaqəli deyil. Əsas fərqləndirici amil isə insan dərisində yaranan kimyəvi birləşmələrdir.
Xüsusilə "1-okten-3-ol" adlı maddənin miqdarının yüksək olduğu insanlarda ağcaqanadların daha çox cəlb olunduğu müəyyən edilib. Bu birləşmə dəridəki yağların parçalanması nəticəsində əmələ gəlir və hətta kiçik dəyişikliklər belə cəlbediciliyi artıra bilir.
Bundan başqa, tədqiqatlar alkoqollu içkilərin, xüsusilə pivənin də ağcaqanadları cəlb etmə ehtimalını artırdığını göstərir. Alkoqol bədən istiliyini yüksəldir, nəfəsdə karbon qazının miqdarını artırır və dəridəki qoxu profilini dəyişir.
Mütəxəssislər ağcaqanad sancmalarından qorunmaq üçün bədəni örtən geyimlərdən istifadə etməyi, ağcaqanad torları və qoruyucu vasitələrdən yararlanmağı, həmçinin alkoqollu içkilərdən uzaq durmağı tövsiyə edirlər.

Sosial       Tarix: 16 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu