Ağdamda tamaşaçı tutumu 30 mindən çox olan yeni stadion tikiləcək
Ağdam şəhərində tamaşaçı tutumu 30 min nəfərdən çox olan yeni stadion tikiləcək. Yeni stadion əvvəlki yerində – Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək.
KONKRET.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, hazırda burada layihələndirmə işləri gedir. "Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırılır. İdman təmayüllü orta məktəbin, Azərbaycanın digər yerlərindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur", – deyə Emin Hüseynov bildirib.

Avro 2 manatı keçdi - AMB rəsmi məzənnələri açıqladı
"Ən azı 50 il neft və qaz əsas dominant mövqelərini qoruyub saxlayacaq"
Qiymətlər harada daha çox artır?
Moskvada dünyasını dəyişən azərbaycanlı ər-arvadın şəxsiyyəti məlum olub
Kürdə bir nəfər batdı
Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqladı
Azərbaycan Rusiyaya dost ölkələr siyahısına düşdü
Abdullah Öcalan müraciət yaydı, gələcək fəaliyyət istiqamətini açıqladı
Putin Trampa hansı "Böyük sövdələşmə" təklif edib? - SENSASİON DETALLAR
Vuçiç Azərbaycan məhsullarını təriflədi: Balkan bazarlarına yeni ixrac imkanları açıla bilər
Novruza özəl yeni "Uduş xonçası" lotereyası satışa çıxdı
atb kartlarındakı qalıqlar üzrə yeni faiz kampaniyası
Kənd təsərrüfatı üçün yeni bazar: Azərbaycan bu ölkələrə pomidor satacaq
"Qurban Qurbanov hörmətə layiq məşqçidir" - Eddi Hau
"Liverpul" Salahın yerinə onu istəyir