Ağstafada Daxili Qoşunların yaranması günü qeyd olundu - Fotolar
Ağstafada 12 mart - Daxili Qoşunların yaranması günü qeyd olunub.
azxeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 33-cü ildönümü ilə əlaqədar Ağstafa rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə keçirilən mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi "Azərbaycan Respublikasının Daxili Qoşunları Günü" elan olunub. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib.
Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu müvafiq Fəxri Fərman və müxtəlif hədiyyələrlə təltif olunub.









Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu