Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına dəvət etdi

Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına dəvət etdiAvropa İttifaqı (Aİ) liderlər zirvəsi öncəsi keçiriləcək Avropa Siyasi Birliyi liderlərinin toplantısında iştirak üçün Azərbaycana dəvət göndərib.
KONKRET.az reporta istinadən xəbər verir ki,  Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Aİ liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.
Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin prezidenti Petr Fiala imzalayıblar.
Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.
Aİ administrasiyası ideyasını Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülmüş Avropa Siyasi Birliyi ilə Avropa qitəsindəki ölkələrin siyasi koordinasiyası üçün platforma yaratmağı hədəfləyir.
İdeya siyasi dialoqu və əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi və rifahı artırmaq məqsəd daşıyır.
Oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekununda hər hansı rəsmi açıqlama və ya rəsmi qərarlar gözlənilmir.
Praqada keçiriləcək ilk görüşdə liderlər günorta saatlarında görüşəcəklər. Daha sonra "dəyirmi masa"lar keçiriləcək və liderlər iştiraka dəvət olunacaqlar. Sülh və təhlükəsizlik, enerji və iqlim, iqtisadi vəziyyət, miqrasiya və nəqliyyat mövzularında dəyirmi masa görüşlərinin təşkili planlaşdırılır.
Liderlərin ikitərəfli görüşləri də gözlənilir. Görüşlərdən və müzakirələrdən sonra şam yeməyi ilə yekun iclasının keçirilməsi nəzərdə tutulur.

Siyasi       Tarix: 23 sentyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər ən son xəbər cəbhədən son görüntülər hava haqqinda