Aİ Şurası Türkiyəyə 400 milyon avroluq yardıma razılıq verib

Aİ Şurası Türkiyəyə 400 milyon avroluq yardıma razılıq veribAvropa İttifaqı Şurası Avropa Komissiyasının Rumıniya, İtaliyaya və Türkiyəyə 2022 və 2023-cü illərdə təbii fəlakətlərin vurduğu zərərin aradan qaldırılması üçün ümumilikdə 454,8 milyon avro məbləğində yardım göstərilməsi təklifini qəbul edib.
Maliyyə yardımı Aİ-nin 2023-cü il büdcəsindən ayrılacaq.
Aİ 2023-cü il büdcəsində yer alan həmrəylik və təcili yardım ehtiyatından pulu Aİ Həmrəylik Fondunun əməliyyat büdcəsinə köçürəcək və bu fonddan maliyyə yardımı üçün müraciət etmiş ölkələrə ödənişlər ediləcək.
2022-ci ilin mart ayının sonu, aprel ayının ortaları və iyul-avqust aylarında Rumıniyada güclü quraqlığın fəsadlarının aradan qaldırılmasına kömək etmək üçün bu ölkəyə 33,9 milyon avro, 2022-ci ilin sentyabrında mərkəzi İtaliya bölgələrinə təsir edən sel və daşqın hadisələri ilə bağlı İtaliyaya 20,9 milyon avro və 2023-cü ilin fevralında Türkiyənin Kahramanmaraş və Hatay bölgəsində baş verən güclü zəlzələlərlə bağlı bu ölkəyə 400 milyon avro maliyyə yardımı ayrılması nəzərdə tutulur.
Maliyyə yardımı Avropa Parlamenti və Aİ Şurasının tam təsdiqindən sonra ödəniləcək.
///APA / azxeber.com

Siyasi       Tarix: 19 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündə

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI

TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranzitidir. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ermənista

Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan günləri səhv saldığını və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə rəsmi startın noyabrın 22-də deyil, 23-də veriləcəyini bildirib. xəbər verir ki

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. azərtac-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısını

Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasını

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler sonxəbər axsam.az xeberler cəbhədən ən son xəbər