Ailə büdcəsində təhsil fərqi: Ali təhsillilər pullarını hara xərcləyir?

Ailə büdcəsində təhsil fərqi: Ali təhsillilər pullarını hara xərcləyir?Azərbaycanda ailələrin pullarını hara xərcləməsi ev təsərrüfatı başçısının təhsil səviyyəsindən də asılıdır.
Rəsmi statistikaya əsasən, ali təhsilli şəxslərin rəhbərlik etdiyi ailələr xərclərini digər ailələrdən fərqli şəkildə bölüşdürür.
azxeber.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ali təhsilli ev təsərrüfatı başçısına malik ailələr istehlak xərclərinin 41,5 faizini ərzaq məhsullarına sərf edir. İbtidai və ya ondan aşağı təhsilli ev başçısının olduğu ailələrdə isə bu göstərici 47,8 faizə çatır. Bu isə həmin ailələrin büdcəsinin daha böyük hissəsinin gündəlik qida ehtiyaclarına yönəldiyini göstərir.
Məlumata görə, ali təhsilli ailələr təhsil, nəqliyyat, istirahət və mədəniyyət xidmətlərinə də daha çox vəsait ayırır. Belə ki, onlar istehlak xərclərinin 2,2 faizini təhsilə, 7,9 faizini nəqliyyata, 4,3 faizini isə istirahət və mədəniyyət xidmətlərinə sərf edir.
Bununla yanaşı, su, elektrik enerjisi, qaz və digər yanacaq xərclərinin payı təhsil səviyyəsi aşağı olan ailələrdə daha yüksəkdir. Bu istiqamətdə xərclərin payı ali təhsilli ailələrdə 7,4 faiz, ümumi orta təhsilli ailələrdə 8,4 faiz, ibtidai və ya ondan aşağı təhsilli ailələrdə isə 8,1 faiz təşkil edir.
Statistika göstərir ki, ev təsərrüfatı başçısının təhsil səviyyəsi aşağı düşdükcə təhsilə ayrılan vəsaitin payı da azalır. Belə ki, ali təhsilli ailələr istehlak büdcəsinin 2,2 faizini təhsilə yönəltdiyi halda, ibtidai və ya ondan aşağı təhsilli ailələrdə bu göstərici cəmi 0,4 faizdir.
Fəridə Əsədzadə

İqtisadiyyat       Tarix: 18 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


azerbaycan xeberleri son xeberler yeni xeberler dunya xeberleri hava proqnozu meherremlik 2026